Berlindən Bakıya gedən 200 illik yol

Berlindən Bakıya gedən 200 illik yol
11:53 21 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Bakı, 21 dekabr, AZƏRTAC
Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Saksoniya Dövlət Kitabxanası, Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası, Auqsburq Universiteti və Osvald Volkenşteyn Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanında tolerantlıq Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarından biri kimi” adlı kollokvium keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və alman alimlərinin, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Almaz Məmmədov və Saksoniya Dövlət Kitabxanasının direktoru, professor Tomas Bürger qonaqları salamlayıblar.
“Kitabi-Dədə Qorqud” dastanında tolerantlıq” adlı ilk paneli açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev qorqudşünaslığın Berlindən Bakıya gələn 200 illik uzun bir yolu haqqında məruzə ilə çıxış edib. “1815-ci ildə ilk dəfə görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin eposun “Basatın Təpəgözü öldürdüyü boyu bəyan edər” adlı hekayəsini alman dilinə tərcümə etməklə dünya elminə tanıtmasının üzərindən tam olaraq 200 il ötdüyünü vurğulayan Kamal Abdullayev bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin fevral ayının 20-də “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı xüsusi Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bu Sərəncamla Azərbaycan Prezidenti və xalqı görkəmli alman aliminə siyasi minnətdarlıq ifadə etmiş olub.
Daha sonra Dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanaraq 25 dildə nəşr edilən, Henrix Fridrix fon Ditsin “Kitabi-Dədə Qorqud” dastanı üçün yazmış olduğu ön söz və dastanın bir boyundan ibarət kitabları Saksoniya Dövlət Kitabxanasına (Drezden Kitabxanası) hədiyyə edib.
Kitabxananın direktoru Tomas Bürger Dits şəxsiyyətinin və bu dastanın xalqlarımızı və mədəniyyətlərimizi birləşdirdiyini qeyd edərək tədbirin təşkilinə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib.
Birinci paneldə çıxış edən Maynz Universitetinin professoru Hendrik Buşoten, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Xemnitz Universitetinin professoru Kristof Fasbender və AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu “Kitabi-Dədə Qorqud” dastanında olan tolerantlıq nümunələrindən bəhs ediblər.
“Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmələr” eposlarında tolerantlıq və multikulturalizm” mövzusuna həsr olunmuş ikinci paneldə çıxış edən Drezden Kitabxanasının qədim əlyazmalar şöbəsinin müdiri Frank Aurix, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov, Bakı Slavyan Universitetinin dosenti Telman Kazımov və Bakı Slavyan Universitetinin professoru Rahilə Qeybullayeva hər iki dastanda olan multikulturalizm və tolerantlıq motivlərini qabardaraq oxşar və fərqli cəhətləri göstəriblər.
Sonuncu panel isə “Müasir Azərbaycanda və Almaniyada multikulturalizm” mövzusunda məruzələrlə yadda qalıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman multikulturalizmin Azərbaycanda dövlət siyasəti olmasından və BBMM-in yaradılmasının Prezident İlham Əliyevin bu siyasətə verdiyi önəmin təzahüründən qaynaqlandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Mərkəzin yarandığı gündən keçən müddət ərzində gördüyü işlər tədbir iştirakçılarının böyük marağına səbəb olub. Daha sonra Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Mariya Aux “Azərbaycan multikulturalizminin tarixi əsasları” adlı məruzə ilə çıxış edib. Üçüncü panel Auqsburq Universitetinin professoru Klaus Volf və AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin multikulturalizmin Almaniya və dünya üçün önəmindən bəhs edən çıxışı ilə yekunlaşıb.
Kollokviumun sonunda iştirakçılar “Kitabi-Dədə Qorqud”un Drezden əlyazması ilə tanış olmaq imkanı əldə ediblər. Tədbirin əhəmiyyətini nəzərə alaraq kollokvium materiallarının Drezden şəhərində Azərbaycan və alman dillərində BBMM və Saksoniya Dövlət Kitabxanası tərəfindən çap olunması və ictimaiyyətin diqqətinə çatdırılması qərara alınıb.


OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Zaqatala sakinindən qeyri-adi ixtira - FOTO/VİDEO

30 Mart 2017 04:33

Asfaltın çatlarına qızıl dolduruldu - FOTO

30 Mart 2017 04:32

7 yaşlı övladı öldürülən qadın:

30 Mart 2017 03:45

Diş daşlarını yox edən ucuz və səmərəli vasitə

30 Mart 2017 03:43

Bakıda mənzildə yanğın oldu

30 Mart 2017 03:34

"Xəyal mələkləri"nin FOTOları

30 Mart 2017 03:32

İstanbulda atışma - 3 yaralı

30 Mart 2017 03:19

Altı diplomat narkotikə görə işdən qovuldu

30 Mart 2017 03:04

Meksikada neft terminalında yanğın - 17 nəfər...

30 Mart 2017 02:58

Ukrayna “Eurovision”dan uzaqlaşdırıla bilər

30 Mart 2017 02:34

Gədəbəydə bıçaqlanma hadisəsi

30 Mart 2017 02:33

Möhtəşəm Adriana - FOTO

30 Mart 2017 02:32

Şəki sakini intihar edib

30 Mart 2017 02:30

Astroloji proqnoz - 30 mart

30 Mart 2017 02:18

Buenos Ayresdə Novruz bayramı qeyd olundu - FOTO

30 Mart 2017 02:08

İvanka Tramp atasının xüsusi müşaviri olacaq

30 Mart 2017 01:54

“Elektron ipoteka” sistemi “Elektron hökumət”ə qoşuldu

30 Mart 2017 01:50

Gəncə və Goranboyda yol qəzaları baş verib

30 Mart 2017 01:48

Bağdadda partlayış:

30 Mart 2017 01:36

"Balmain"dan yeni kolleksiya - FOTO

30 Mart 2017 01:32

Bazarlarda pomidor ucuzlaşdı -

30 Mart 2017 01:12

Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm”

30 Mart 2017 00:59

“Elektron ipoteka” sistemi “Elektron hökumət”-ə qoşuldu

30 Mart 2017 00:44

Bağdadda partlayış: 13 ölü, 40 yaralı

30 Mart 2017 00:39

Türkiyədə klub prezidentinə silahlı hücum

30 Mart 2017 00:34

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər -

30 Mart 2017 00:26

"Yutub"da uşaqlar üçün TƏHLÜKƏLİ VİDEOLAR - Valideynlərə xəbərdarlıq!

30 Mart 2017 00:23

29 yaşlı oğlan bıçaqlandı - Gədəbəydə

30 Mart 2017 00:14

Uşağın immunitetini necə möhkəmləndirək?

30 Mart 2017 00:05

Günün qoroskopu: ən çox qaçdığınız nöqsandan qurtulmaq çətindir

30 Mart 2017 00:05

Böhran zamanı ən yaxşı biznes hansıdır?

29 Mart 2017 23:58

On beş il bar verməyən ağacın meyvəsi

29 Mart 2017 23:57

UEFA prezidenti sözünün üstündə durdu

29 Mart 2017 23:57

Vəzərinin yarpaq və toxumları vitaminlərlə zəngindir

29 Mart 2017 23:57

Türkiyə Suriyada yeni əməliyyat keçirə bilər

29 Mart 2017 23:54

Meşədə qaçan naməlum varlıq kameraya tuş gəldi - ŞOK VİDEO

29 Mart 2017 23:53

Vitamin çatışmazlığının ƏSAS SİMPTOMLARI

29 Mart 2017 23:52

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları

29 Mart 2017 23:52

"Daha bir il burada qala bilərəm"

29 Mart 2017 23:52

Maddələr mübadiləsini sürətləndirməyin 10 QIZIL QAYDASI

29 Mart 2017 23:52

Avropa çempionatı:

29 Mart 2017 23:44

Aralarında 5, 10, hətta, 20 yaş fərq var - SİYAHI - FOTO

29 Mart 2017 23:42

Xoşbəxt sevgili olmaq üçün 5 QAYDA

29 Mart 2017 23:42

Müalicəvi zəlinin saxlanılma qaydası

29 Mart 2017 23:42

Yəməndə "Əl-Qaidə" silahlıları məhv edilib

29 Mart 2017 23:42

Azərbaycanda yeni istifadəyə verilən yoldan möhtəşəm görüntü - FOTO/VİDEO

29 Mart 2017 23:38

Limonun inanılmaz faydaları

29 Mart 2017 23:37

Viktoriya bunu ilk dəfə edir

29 Mart 2017 23:32

58 yaşı olsa da, cazibədarlığı heyran etdi - FOTO

29 Mart 2017 23:32

Yerfındığının faydaları

29 Mart 2017 23:32