Banklar pul köçürmələrini müvəqqəti məhdudlaşdırıb

Banklar pul köçürmələrini müvəqqəti məhdudlaşdırıb
12:09 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan bankları dekabrın 21-də milli valyutanın devalvasiyası ilə əlaqədar pul köçürmələrini dayandırıb.

Lent.az-ın Trend-ə istinadən məlumatına görə, bunu banklarda aparılmış monitorinq göstərib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişərək 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib.Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub.

Pul köçürmələrini bu günün ikinci yarısında bərpa etmək planlaşdırlır.

Bu, xarici valyuta ilə bağlı digər bank əməliyyatlarına, eləcə də valyuta mübadiləsinə təsir edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR