"Günəşli" faciəsində yaralananlardan 4-ü evə buraxıldı

"Günəşli" faciəsində yaralananlardan 4-ü evə buraxıldı
12:12 21 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

SOCAR-ın "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 4-ü evə buraxılıb.

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçilər - Rəşid Hüseynov, Raman Yusubov, Ədalət Dadaşov İsmayıl Mehdiyev müalicələri baş çatdığı üçün evə buraxılıblar: "Hazırda xəstəxanada olan 10 neftçinin müalicəsi davam edir".

Qeyd edək ki, dekabrın 4-də baş verən qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR