Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Brent” nefti son 11 ilin ən aşağı qiymətinə satılıb

“Brent” nefti son 11 ilin ən aşağı qiymətinə satılıb

Neftin qiyməti düşdü (22 Mart 2017 20:28)
Bu il BTC ilə 4,4 mln. ton Azərbaycan nefti nəql edilib (03 Mart 2017 17:02)
Bu il Ceyhan limanından 4,1 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb (03 Mart 2017 16:52)

Tarix: 21 Dekabr 2015 12:23


Bakı, 21 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dünya birjalarında “Brent” markalı neftin bir barrelinin qiyməti 2004-cü ildən bu vaxtadək ən aşağı qiymətə satılıb.
AZƏRTAC xəbər verir ki, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti psixoloji hədd hesab edilən 36,40 dollardan da aşağı düşərək hazırda 35,65 dollara satılır. Bu, “Brent”in bir barrelinin son 11 ildə satıldığı ən aşağı qiymətdir.
Analitiklər “Brent”in qiymətinin ucuzlaşmasına ABŞ-ın 40 ildən artıq bir müddətdən sonra yenidən neft ixracına başlamasının təsir etdiyini bildirirlər. Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və digər beynəlxalq maliyyə təşkilatlarının analizlərinə görə, bazarda təklifin çoxluğu neftin qiymətinin 20 dollaradək ucuzlaşmasına səbəb olacaq. Lakin buna baxmayaraq OPEC-in üzvləri hasilatı azaltmır. Noyabrda OPEC üzvü ölkələrin hasilatı gündəlik 31,7 milyon barrel olmaqla son 7 ilin rekord səviyyəsinə çatıb.
 

Teqlər:  Brent nefti son 11 ilin aşağı qiymətinə satılıb



RƏYLƏR


Top xəbərlər