“Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsi

“Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsi
12:23 21 Dekabr 2015
139 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Liseydə “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsinin respublika mərhələsi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə respublikanın bütün bölgələrindən olan 101 şagird iştirak edib.
Qeyd edək ki, “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa yazı müsabiqəsi Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət Planına və həmin planın 8-ci bəndinin icrası məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilir.
Müsabiqədə ümumtəhsil məktəblərinin doqquz və on birinci sinif şagirdləri iştirak edib. Müsabiqənin 30 mindən çox şagirdin iştirak etdiyi məktəb və rayon (şəhər) mərhələləri cari ilin oktyabr-noyabr aylarında təşkil olunub. Rayon (şəhər) mərhələsinin qaliblərinin adları yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim olunub.
İnşa yazıları Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılacaq. Müsabiqə qaliblərinə müvafiq dərəcəli diplom və hədiyyələr təqdim ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_menevi_deyerler_haqqinda_dusuncelerim_movzusunda_insa_musabiqesi-912880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR