Sabaha gözlənilən HAVA PROQNOZU

Sabaha gözlənilən HAVA PROQNOZU
12:24 21 Dekabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 22-si Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah gündüz mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 9-13 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq rayonlarında çiskin olacaq, qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2-3 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR