Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Oksana xəyanətə görə depressiyaya düşdü

Oksana xəyanətə görə depressiyaya düşdü

Date: 21 December 2015 12:27

Rəqqasə Oksana Rəsulova ona xəyanət edən rəfiqələrindən danışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Onlar" verilişinə açıqlamasında bir çox rəfiqəsini həyatından sildiyini etiraf edib:

"Hər zaman məni itirənlər peşman olur. Mənəvi xəyanət dəhşətdir. Mən də dost dediyimi itirəndə bir az depressiyaya düşdüm. Sonra düşündüm ki, o dostlar peşman olmağıma layiq deyil. Yaxın dost, rəfiqə dostluq borcunu yerinə yetirməlidir. Dost yolda tanınar. Bu çox gözəl fikirdi. Mən İlhamə Qasımovanı yolda tanımışam. İlhamə o qədər mərd qızdır ki, mənim haqqımda pis danışmağı özünə sığışdırmaz. Ən yaxın rəfiqəm odur".

Qeyd edək ki, O.Rəsulova müğənni Natavan Həbibi ilə bir vaxtlar yaxın rəfiqə olsalar da, son günlər aralarından soyuq külək əsir.

Milli.Az


Tags:  Oksana xəyanətə depressiyaya düşdü


RƏYLƏR


Top news