Onlar İŞİD qədər təhlükəlidir - SİYAHI - FOTO

Onlar İŞİD qədər təhlükəlidir - SİYAHI - FOTO
12:37 21 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasını məhv etmək üçün koalisiyalar yaradılır, onlarla dövlət terrorçuları hədəfə alaraq vurur, bombalayır.
İŞİD hazırda Suriya və İraqda çox böyük ərazilərə nəzarət edir. Lakin iş ondadır ki, İŞİD-in məhvi Suriya ilə İraqda situasiyanın düzəlməsi deyil.
Britaniyanın sabiq baş naziri Toni Blerin dəstəklədiyi, Londonda yerləşən Dini və Geostrateji Araşdırmalar Mərkəzinin (Centre on Religion & Geopolitics, CRG) hesabatına görə, İŞİD məhv olunsa belə, Suriyada onun yerini 15 terrorçu qruplaşma tutacaq.
Bu qrupların sıralarındakı terrorçuların sayı isə təqribən 60 min nəfərdir.
Yəni İŞİD terrorçularının sayına təxminən bərabər sayda.
Ekspertlər hesab edirlər ki, Suriyada yalnız İŞİD-in hədəfə alınması, başqa qrupların məhv edilməsinə yönəlmiş tədbirlərin görülməməsi strateji yanlışlıqdır.
Suriyada hazırda prezident Bəşər Əsəd rejiminə qarşı vuruşduqlarını iddia edən 48 qruplaşmanın təxminən 33 faizi, yəni 100 min nəfərin ideologiyaları və məqsədləri İŞİD-dən fərqlənmir.
CRG-nin direktoru Ed Hüseynin fikrincə, həmin qruplaşmalar da eynən İŞİD təki Qərb ölkələrində qanlı terror aktlarını gerçəkləşdirməyə hazırlaşırlar.
Suriyada İŞİD qədər təhlükəli terrorçu qruplaşmalar:

1. "Cəbhət əl Nüsra". 2012-ci ilin yanvarında yaradılmış bu qruplaşmanın lideri Əbu Məhəmməd əl Qolanidir. Suriyanın İdlib və Hələb vilayətlərinin əksəriyyətinə nəzarət edir. Sıralarında 10 min terrorçu var.

2. "Əhrar əl Şam". 2011-ci ilin dekabrında yaradılmış bu qruplaşmanın lideri Həsən Abdullah əl Həmavidir. Suriyanın İdlib, Hələb, Dəməşq, Deraa və Qüneytra vilayətlərində fəaliyyət göstərir. Sıralarında 15 min terrorçu var.

3. "Ceyş əl İslam". 2011-ci ilin iyun ayında yaradılmış qruplaşmanın lideri Zəhran Əlluşdur. Livanın Ərsal, Suriyanın Dəməşq şəhəri və vilayəti, habelə Homs və Latakiya vilayətlərində fəaliyyət göstərir. Sıralarında 17 min terrorçu var.


5. "Liva əl Ümma". 2012-ci ilin aprelində yaradılmış bu qruplaşmanın lideri Mehdi əl Heratidir. Suriyanın Həma vilayətinin əksər ərazilərinə nəzarət edir. Sıralarında 6 min terrorçu var.

Orxan Hun
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR