Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“FINCA Azerbaijan” maliyyə savadlılığına dair təlim keçirib (FOTO)

“FINCA Azerbaijan” maliyyə savadlılığına dair təlim keçirib (FOTO)

Date: 21 December 2015 12:38

Bakı. Trend:

“FINCA Azerbaijan” maliyyə savadlılığına dair təlim təşkil edib.

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Mərkəzi Bankın “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində təlim təşkil edib. Təşkilatın binasında baş tutan təlim “Regionların inkişafında mikromaliyyənin önəmi və məsuliyyətli borclanma” mövzusunda keçirilib və tədbirdə 26 nəfər tələbə iştirak edib.

Azərbaycanın Mərkəzi Bankı “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlanan bu layihəsini bir sıra bank-maliyyə qurumları ilə birgə həyata keçirir. Müsabiqə xarakterli layihənin birinci mərhələsində 75 nəfər tələbəyə Mərkəzi Bank tərəfindən bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçirilib. Daha sonra birinci mərhələdən seçilmiş 26 nəfər tələbə “FINCA Azerbaijan” da daxil olmaqla 4 maliyyə qurumunda (Mərkəzi Bank, Əmanətlərin Sığortalanmanı Fondu, YapıKredi Bank Azərbaycan və Amrahbank) müxtəlif mövzularda təşkil olunan tədris səfər turları və təlimlərdə iştirak ediblər.

“FINCA Azerbaijan” layihə çərçivəsində “Regionların inkişafında mikromaliyyənin önəmi və məsuliyyətli borclanma” mövzusunda təlim təşkil edərək layihəyə qatılan tələbələrin maliyyə savadlılığının artırılmasına öz töhfəsini vermişdir.

Bu layihəni uğurla başa vurmuş tələbələrdən bir neçəsi seçim turu əsasında “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatında təcrübə keçmək hüququ qazanacaq və təşkilatın peşəkar fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəkdir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  FINCA Azerbaijan maliyyə savadlılığına təlim keçirib FOTO


RƏYLƏR


Top news