Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Dini konfessiyalar ABŞ Konqresinə etiraz məktubu göndərəcək

Dini konfessiyalar ABŞ Konqresinə etiraz məktubu göndərəcək

Tarix: 21 Dekabr 2015 12:39

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsinə birgə etiraz edəcək.

APA-nın məlumatına görə, bunuDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. 
 
  
M. Qurbanlı deyib ki, bununla bağlı bu gün dini konfessiyaların rəhbərləri ilə razılıq əldə edilib: “Yəqin ki, bu günlərdə Helsinki Komissiyasının təqdim etdiyi sənədə etiraz əlaməti olaraq Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin imzası ilə ABŞ Konqresinə etirazımızı ifadə edən məktubumuzu göndərəcəyik”.

 


Teqlər:  Dini konfessiyalar ABŞ Konqresinə etiraz məktubu göndərəcək



RƏYLƏR


Top xəbərlər