Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanın daha bir klubu Türkiyədə hazırlıq keçəcək

Azərbaycanın daha bir klubu Türkiyədə hazırlıq keçəcək

Date: 21 December 2015 12:57

Premyer Liqadakı qış fasiləsindən istifadə edən "Zirə" də hazırlığını Türkiyədə keçəcək. Klubdan verilən məlumata görə, Adil Şükürovun rəhbərlik etdiyi komanda yanvarın 9-da Antalyaya yollanacaq. 

İki həftə ərzində "Zirə" 3 yoxlama görüşü keçirəcək. Sınaqçı rəqiblərin kimliyinə yaxın günlərdə aydınlıq gələcək. Bununla yanaşı, futbolçu Nurlan Novruzovla müqavilə müddətinin uzadılmasına da qərar verilib. Hazırkı anlaşması qışadək olan 22 yaşlı hücumçunun yeni anlaşmasının müddəti hələlik məlum deyil. 

Qeyd edək ki, "Qarabağ", "İnter", "Qəbələ" və "Neftçi" komandalarının da qış təlim-məşq toplanışını Türkiyədə keçirəcəkləri dəqiqləşib.("Report")

Fanat.az

Tags:  Azərbaycanın klubu Türkiyədə hazırlıq keçəcək

RƏYLƏR


Top news