Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müğənniyə 1666 manat vergi borcu gəldi

Müğənniyə 1666 manat vergi borcu gəldi

Date: 21 December 2015 12:57

1666 manat vergi borcu gəlib mənə də. Allaha and olsun 2004-cü ildən VÖEN hesabım var və vergimi vaxtı-vaxtında ödəyirəm. Vergi ödəyicisi ola-ola məni niyə bu qədər cərimələyiblər bilmirəm.

Milli.Az big.az-a istinadən xəbər verir ki, müğənni Əlikram Bayramov açıqlamasında maraqlı məqamlara toxunub. 

Müğənninin dediklərini öz dilindən təqdim edirik: 
"Toylara 2 min, 2 min 500 manata gedirəm. 7-8 minə toya gedən adama da 1685 manat vergi gəlib, 2 min, 2 min 500 manata gedənə də 1666 manat gəlib. Mühasibim nazirliyə ərizə ilə müraciət edib və bizə bildirdilər ki, o siyahıda yalnışlıq olub. Allaha şükür bu problem indi aradan qaldırılıb". 

Əlikram Bayramov 2015-ci ildə 485 manata yaxın vergi ödədiyini də gizlətməyib: 
"İndi ola bilsin az ödəmişəm. Amma yenə də 2 min, 2 min 500 manata toya gedən adama bu qədər vergi gəlməməlidir. Elə populyar müğənni tanıyıram ki, 30 ildir bu sənətdədir, xalq artistidir, amma VÖEN-i yoxdur. Vergiyə bu günə kimi bir qəpik də ödəməyib. Heç onlardan vergi tutan yoxdur", - deyə müğənni iradını bildirib. 

Milli.Az


Tags:  Müğənniyə 1666 manat vergi borcu gəldi


RƏYLƏR


Top news