Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“FINCA Azerbaijan” maliyyə savadlılığına dair təlim təşkil edib

“FINCA Azerbaijan” maliyyə savadlılığına dair təlim təşkil edib

Date: 21 December 2015 12:58


Bakı, 21 dekabr, AZƏRTAC
“FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı Mərkəzi Bankın “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində “Regionların inkişafında mikromaliyyənin önəmi və məsuliyyətli borclanma” mövzusunda təlim təşkil edib.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlanan bu layihəsini bir sıra bank-maliyyə qurumları ilə birgə həyata keçirir. Müsabiqə xarakterli layihənin birinci mərhələsində 75 nəfər tələbəyə Mərkəzi Bank tərəfindən bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçirilib. Daha sonra birinci mərhələdən seçilmiş 26 nəfər tələbə “FINCA Azerbaijan”da daxil olmaqla 4 maliyyə qurumunda (Mərkəzi Bank, Əmanətlərin Sığortalanmanı Fondu, YapıKredi Bank Azərbaycan və Amrahbank) müxtəlif mövzularda təşkil olunan tədris səfər turları və təlimlərdə iştirak ediblər.
“FINCA Azerbaijan” layihə çərçivəsində “Regionların inkişafında mikromaliyyənin önəmi və məsuliyyətli borclanma” mövzusunda təlim təşkil edərək layihəyə qatılan tələbələrin maliyyə savadlılığının artırılmasına öz töhfəsini verib.
Bu layihəni uğurla başa vurmuş tələbələrdən bir neçəsi seçim turu əsasında “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatında təcrübə keçmək hüququ qazanacaq və təşkilatın peşəkar fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcək.



Tags:  FINCA Azerbaijan maliyyə savadlılığına təlim təşkil edib



RƏYLƏR


Top news