Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ"dən gedənlərin sayı 5-ə çatdı

"Qəbələ"dən gedənlərin sayı 5-ə çatdı

Date: 21 December 2015 13:07

"Qəbələ" heyətində islahatlara başlayıb. Fanat.az хəbər verir ki, ötən gün baş məşqçi Roman Qriqorçuk və braziliyalı futbolçu Rafael Santosla müqavilə müddətini uzadan, Derlis Meza Kolli ilə yollarını ayıran "qırmızı-qaralar" daha 4 üzvünü yola salıb.

Bunlardan ikisi yerli, ikisi əcnəbi futbolçudu. Belə ki, "Qəbələ" yerlilərdən Vaqif Cavadov və Vüqar Nadirovla, əcnəbilərdən isə rumıniyalı yarımmüdafiəçi George Floresku və argentinalı hücumçu Fakundo Pereyra ilə yollarını ayırıb.

Qeyd edək ki, Rumıniyanın “Astra” klubundan gələn George Floresku, "Xəzər Lənkəran"dan transfer edilən Vüqar Nadirov və Vaqif Cavadovla 6 aylıq müqavilə imzalanmışdı. Pereyra isə PAOK-dan icarəyə götürülmüşdü.

Fanat.az

Tags:  Qəbələdən gedənlərin sayı 5-ə çatdı

RƏYLƏR


Top news