Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtaliya universitetində Dədə Qorquda həsr edilmiş seminar keçirilib

İtaliya universitetində Dədə Qorquda həsr edilmiş seminar keçirilib

Date: 21 December 2015 13:14

Dekabrın 21-də Romanın La Sapienza universitetində “Kitabi Dədə Qorqud” dastanının məşhur alman şərqşünası və diplomatı Henrix Fridrix fon Dits tərəfindən tərcüməsinin 200 illiyi ilə bağlı seminar keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu seminar “Azərbaycan multikulturalizmi” fənninin tədrisi çərçivəsində gerçəkləşib. Seminar zamanı tələbələrə oğuz türkləri və onların Azərbaycan xalqının etnogenezində oynadığı rolun əhəmiyyəti  barədə məlumat verilib. “Kitabi Dədə Qorqud” dastanında əks olunan multikultural dəyərlərlə bağlı nümunələr göstərilib. Tələbələrə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Kitabi Dədə Qorqud” dastanının alman dilinə tərcüməsinin 200 illiyi ilə əlaqədar həyata keçirdiyi layihələr barədə məlumat verilib, dastanın “Basatın Təpəgözü öldürməsi” boyunun  italyan dili də daxil olmaqla dünyanın və ölkəmizdə yaşayan  müxtəlif xalqların 25 dilinə tərcümə olunması xüsusi qeyd edilib.

 

Seminar tələbələr tərəfindən çox böyük maraqla qarşılanıb  və mövzu ətrafında elmi diskussiya aparılıb.

 

Qeyd edək ki, BBMM-nin “Azərbaycan multikulturalizmi” fənninin xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində adı çəkilən fənn İtaliyanın La Sapienza universitetində artıq ikinci ildir ki, mərkəzin əməkdaşı İrina Kunina tərəfindən tədris edilir.


Tags:  İtaliya universitetində Dədə Qorquda həsr edilmiş seminar keçirilib


RƏYLƏR


Top news