“Report”un "iOS" platforması üçün mobil əlavəsi istifadəyə verilib

“Report”un "iOS" platforması üçün mobil əlavəsi istifadəyə verilib
13:17 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ “Report” İnformasiya Agentliyinin əsas veb-resursu olan www.report.az saytının yeni mobil əlavəsi istifadəyə verilib.
"iOS" platforması üçün nəzərdə tutulmuş “Report.az” mobil əlavəsi Azərbaycan, rus və ingilis dillərində smartfonlar və planşetlərdə xəbərlərin daha rahat izlənilməsinə şərait yaradacaq. Yeni mobil əlavəni “App Store”dan bu linkdən pulsuz yükləmək mümkündür.
Mobil əlavənin fərqli xüsusiyyətlərindən biri ən təcili xəbərlər barədə bildiriş almaq imkanıdır.
Gündəlik aktual xəbərlər, daima yenilənən valyuta məzənnələri, ölkənin regionlarının hava haqqında məlumatlarından əlavə, “Report”un mobil əlavəsinin istifadəçiləri analitik yazılar, təhlil və şərhlər, video və foto materiallar ilə 7 gün 24 saat tanış ola bilərlər. Müvafiq servisin köməyi ilə istənilən xəbəri dərhal sosial şəbəkələrdə paylaşmaq mümkündür, "WhatsApp" vasitəsilə göndərmək olar. “Report”un yeni məhsulunda ən müasir yanaşmalar tətbiq edilib, interfeys sadə və rahatdır, müxtəlif tənzimləmələr isə bütün "iOS" platformalı istifadəçilərin maraqlarını nəzərə almağa imkan verir.
Qeyd edək ki, bu ilin oktyabr ayından “Report”un "Android" platforması üçün olan tətbiqi istifadəyə verilmişdi - “Google Play”dən yükləmək üçün link.
“Report” İnformasiya Agentliyi 2014-cü ildə fəaliyyətə başlayıb. Agentlik www.report.az saytı və gündəlik bülletenlər vasitəsilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən www.report.az saytının “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.








Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/report-un-ios-platformasi-ucun-mobil-elavesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR