Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Estoniyada uşaqlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd ediblər

Estoniyada uşaqlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd ediblər

Date: 21 December 2015 13:23


Tallin, 21 dekabr, AZƏRTAC
Tallin Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub.
Əvvəlcə məktəbin müəllimləri uşaqlara bu günün yaranma tarixi haqqında məlumat veriblər. Estoniya dövlət radiosunda efirə gedən “Ocaq” verilişinin redaktoru Sənəm Əliyeva qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə olaraq 1991-ci il dekabrın 16-da ulu öndər Heydər Əliyev tərəfindən elan edilib. Bayramın əsas məqsədinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları doğma Vətən ətrafında daha sıx birləşdirmək olduğunu vurğulanıb.
Sonra Azərbaycanın tarixi və mədəniyyətinə aid viktorinalar keçirilib. Qaliblər simvolik hədiyyələrlə mükafatlandırılıb.
Uşaqlar Azərbaycana həsr edilmiş şeirlər söyləyib və rəqslər ifa ediblər.
Azərbaycan həftəsonu məktəbinin nəzdində Azərbaycan milli rəqs dərnəyi də fəaliyyət göstərir. Gələn tədris ilindən etibarən məktəbə estonların və digər millətlərin nümayəndələri də qəbul ediləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin


Tags:  Estoniyada uşaqlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd ediblər


RƏYLƏR


Top news