Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Prezidentlərin Bern görüşü müsbət haldır” - Məmmədyarov

“Prezidentlərin Bern görüşü müsbət haldır” - Məmmədyarov

Azerbaijani jazz pianist performs in Switzerland (01 December 2016 12:46)

Date: 21 December 2015 13:24

“2015-ci il dekabrın 19-da Azərbaycan və Ermənistan prezidentləri arasında Bern şəhərində görüşün keçirilməsi müsbət haldır. Bu görüşün təşkil edilməsi məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrləri və ev sahibi kimi İsveçrə hökuməti tərəfindən göstərilən səyləri təqdirəlayiq hesab edirik”.

APA-nın məlumatına görə, bunu “Azərtac”a müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

O qeyd edib ki, görüşdən sonra verilən bəyanatlarda Ermənistan və Azərbaycan hərtərəfli həll prosesi ilə əlaqədar Soçi, Nyu-Port və Parisdə aparılmış müzakirələri davam etdirməyə və hazırda danışıqlar mövzusu olan təkliflər əsasında 2016-cı ildə dialoqu intensivləşdirməyə dəvət olunur.

 

“İşğal və təcavüzə məruz qalan və bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində olan dövlət kimi, Azərbaycan münaqişənin tezliklə həllində ən maraqlı tərəf olaraq məzmunlu və nəticə yönümlü danışıqların həmişə tərəfdarı olub. Azərbaycan hazırda danışıqlar masasında olan təkliflər əsasında konstruktiv müzakirələrə hazırdır. Bern görüşündə bu mövqe bir daha bəyan olunub”, - deyə o nazir vurğulayıb.

 


Tags:  Prezidentlərin Bern görüşü müsbət haldır Məmmədyarov


RƏYLƏR


Top news