Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Manat ucuzlaşdı. Evlər bahalaşacaq?

Manat ucuzlaşdı. Evlər bahalaşacaq?

Date: 21 December 2015 13:27

ABŞ dollarının manata olan kursunun yarıbayarı artması Azərbaycanda daşınmaz əmlak bazarında sürətli bahalaşmaya səbəb olmayacaq.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bunu daşınmaz əmlak bazarı üzrə ekspert Rövşən Talıbzadə deyib.

Onun sözlərinə görə, hazırda bazarda alıcılıq qabiliyyətinin aşağı olması müşahidə edilir.
"Fevraldakı devalvasiyadan sonra qiymətlər necə dəyişmişdisə, gələn il də elə olacaq. Ev və mənzillərin qiyməti ucuzlaşacaq", - R.Talıbzadə söyləyib.

Digər ekspert Araz Əbdülkərimov isə hesab edir ki, əksinə, daşınmaz əmlak bazarında qiymətlər qalxacaq: "İndi elə bir vəziyyətdir ki, nəyisə proqnozlaşdırmaq asan deyil. Lakin Bakıda ev və mənzillərin bahalaşmasını istisna etmirəm. Ərzaq məhsullarının qiyməti dəyişsə bu, mütləq daşınmaz əmlak bazarına da təsir edəcək. Manatla əmanətləri olan vətəndaşlara məsləhət görərdim ki, torpaq, mənzil alsınlar. Manat ucuzlaşır, onu saxlamağa dəyməz. Sabah nə olacağı bilinmir".

Milli.Az


Tags:  Manat ucuzlaşdı Evlər bahalaşacaq


RƏYLƏR


Top news