12 Bakı sakininin evindən oğurluq edən dəstə üzvləri tutuldu

12 Bakı sakininin evindən oğurluq edən dəstə üzvləri tutuldu
13:29 21 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğurluq etmiş Cəlilabad rayon sakinləri tutulub.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə,  Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 nəfər paytaxt sakininə məxsus evlərdən pul, sənəd, təmir-tikinti alətləri, qızıl və məişət əşyaları və “Balaxanı Operatinq Kompani LTD”-yə məxsus quyudan akkumulyator oğurlamış Cəlilabad rayon sakinləri Telman Abbasov, Xaləddin Əliyev və onun qardaşı Şaməddin saxlanılıb.

Bundan başqa, Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də Atif Ağasıyevə məxsus evdən 1800 manat və qızıl əşyalar oğurlamış Xızı rayon sakini Ruslan Novruzov tutulub.

Dekabrın 13-də paytaxt sakinləri J.Hacıyevaya, R.Cəfərova, A.Abdullayevə, R.Kərimova  və F.Abbaszadəyə məxsus avtomobillərdən pul, qızıl əşyalar və sənəd oğurlamış, İ.Vəliyevə və İ.Valoqinə məxsus avtomobillərdən oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Ruslan Məmmədov və İbrahim Əlizadə Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Dekabrın 10-na keçən gecə Qobustan qəsəbəsində Bakı şəhər sakinləri Svetlana Məmmədovaya və Çingiz Məhərrəmova məxsus bağ evlərindən pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlayan şəxslər də saxlanılıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Amil Nəcəfli, Nahid Həmidov və Rüfət Əliyev tutulub. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR