Dövlət nə etməlidir? - Vəziyyətdən çıxış yolları...

Dövlət nə etməlidir? - Vəziyyətdən çıxış yolları...
13:32 21 Dekabr 2015
210 Digər
Ölkə mətbuatı
A- A+

"Üzən məzənnə siyasətinə keçid əvvəlcədən də gözlənilirdi, nəzərə alsaq ki, Bank of America, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası da bu sahədə öz proqnoz və təkliflərini vermişdi. Biz bilirik ki, hal-hazırda dövlət büdcəsində vəziyyət heç də qaydasında deyil. Bu addım tədiyə balansının qorunması və o cümlədən azalan valyuta rezervlərinin kritik həddə düşməsinin qarşısının alınması məqsədi daşıyır. Amma bu gün manatın 48 - 50% dəyər itirməsi yaxşı heç nə vəd etmir. Ümumiyyətlə, bu dəyişiklik, əhalinin əmək haqlarına, sahibkarlıq subyektinə, banklara, sığorta şirkətlərinə ciddi sürətdə mənfi təsir edəcək. Amma bu gün birinci gündür və ilk gündən hər şeyi mənfi qiymətləndirmək də düzgün olmazdı".

Bunu Milli.Az-a iqtisadçı-ekspert Nicat Hacızadə Mərkəzi Bankın üzən məzənnə rejiminə keçilməsi barədə qərarını şərh edərkən deyib.

Ekspert hesab edir ki, əvvəla, hökümət təcili bank əmanətlərini indeksasiya etməlidir: "Çünki bankların və vətəndaşlarının çoxunun vəziyyəti ciddi sürətdə ağırlaşacaq. Bankda dollarla əmanəti olan əhali var, hökümət banklara yardım etməlidir ki, arada olan vəsaitlər bağlansın.

İndeksasiya iki cür olmalıdır. Birincisi, kreditlə borcu olan şəxslərin əmanətlərinə tətbiq edilməlidir. Misal üçün, bir şəxs 1000 dollar kredit götürüb və 1050 AZN qaytarmalı idi, amma indi  qaytaracaq 1550 AZN, yəni 500 manat çox. Həmin 500 manatı hökümət aradan qaldırmalıdır. Ola bilər ki, həmin məbləğin hamısını yox, amma ən azından 50 -70 faizini dövlət indeksasiya etməlidir.

İkincisi, əvvəllər də qeyd etmişdik ki, qoyduğunuz əmanətin miqdarı bir bankda 30 min avro və ya dollardan, faiz dərəcəsi isə 12 faizdən çox olmamalıdır. Əgər vətəndaşlar daha rahat olmaq istəyirlərsə, əmanətlərini bir deyil bir neçə bankda saxlaya bilərlər. Hazırda isə vəziyyət belədir ki, dollarla depoziti olan əmanətçi sevinir. Amma bu, bankın zərərinə işləyir. Bankın nəzərdə tutduğu illik məbləğ olur. Bu isə indiki halda bankın likvididliyi baxımından problem yaradır.

Ona görə də dövlət yenə də bankın artıq ödəməli olduğu arada qalan miqdarı indeksasiya edilməlidir".

N.Hacızadənin fikrincə, əhalinin məzənnə ilə bağlı təşvişə düşməsi ciddi fəsadlar yarada bilər. Ona görə də bunun qarşısı alınmalıdır: "Əhalinin bir hissəsi əmanətlərini manata çevirməkdən ötrü, digər hissəsi isə bankın iflasa uğraması və əmanətinin batması qorxusu ilə banklardan cərimələnmə hesabına belə olsa, dollarlarını geri götürəcək. Bu isə ciddi mənfi nəticələr verə bilər.

2015-ci ilin son statistikasına görə, banklarda 7 304 127 əmanətçiyə xidmət göstərilir ki, onların da 6 634 971 nəfəri (91%) qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,6%-nin (6 240 434 nəfər) əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanır. Qorunan əmanətlərin 71% - i ABŞ dollarının, 25% - i manatın, 4% - i avronun payına düşür".

Bundan əlavə, iqtisadçıının qənaətincə, ölkəyə idxal olunan məhsullarının kəskin bahalaşmasının qarşısını almaq üçün təcili tədbir görməlidir: "Əhalini əsas narahat edən idxal olunan qida məhsullarıdır. Dövlət Statistika Komitəsinin xarici ticarət əlaqələri ilə bağlı rəqəmlərinə baxsaq, görərik ki, əsas yük ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının üzərinə düşür. Bu nə deməkdir? Əgər əhali keçən ay əmək haqlarının 70 fazini qidaya xərcləyirdisə, indi artıq daha çox xərcləmək məcburiyyətində qalacaq və artıq daha çox qənaət rejiminə keçid olacaq. Çox narahatedici məqam isə budur ki, əmək haqları və pensiyaların qalxması qarşıdakı müddətdə real görünmür. Əvvəlki qaydada əmək haqqı alan və dollarla krediti olan şəxsin həm qidaya və həm də kreditə olan borcunu necə qaytaracağı sual doğurur. Ona görə ölkəyə idxal edilən məhsulların gömrük rüsumları azaldılmalıdır. Təcili və təxirəsalınmaz şəkildə ölkəyə məhsul gətirən sahibkarlara yaradılan əngəllərə qarşı tədbirlər görülməli, bazarda süni qiymət artımı üzrə monitorinqlər sürətləndirilməlidir. Əks halda məhsulların qiymətlərində kəskin artım müşahidə olunacaq. Ölkə prezidentinin də dediyi kimi, 2016-cı il dövlətimiz və millətimiz üçün ağır və sınaq ili olacaq".

Qeyd edək ki, bu gün Mərkəzi Bank bəyan edib ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir. Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişərək 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,6850 (17 dekabr - 1,1394) manat olub.

İlkin İzzət
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Qızıl buts”un sahibi bəlli oldu

29 May 2017 06:24

Hondurasda stadionda basırıq zaman 5 nəfər ölüb

29 May 2017 06:12

İyunun 10-dan YENİ QAYDALAR - Enerji içkiləri və tütün məhsulları...

29 May 2017 06:03

Bakıda 24 yaşlı gənc küçədə bıçaqlanıb

29 May 2017 05:57

Abşeronda yanğın olub

29 May 2017 05:50

Kann kinofestivalının qalibi məlum olub

29 May 2017 05:47

Şəhər kənarında ənnəvi ev - FOTO

29 May 2017 05:32

Mançesterdə terror aktının araşdırılması çərçivəsində kimyaçı tələbə saxlanılıb

29 May 2017 05:15

Luçesku istefaya göndərildi

29 May 2017 04:58

Yunanıstanın sabiq baş naziri vəfat edib

29 May 2017 04:57

Amerikalı hərbçi paraşütün açılmaması səbəbindən həyatını itirib

29 May 2017 04:42

ABŞ hərbiçisi paraşütünün açılmaması nəticəsində ölüb

29 May 2017 04:36

Los-Ancelesdə loft emalatxana - FOTO

29 May 2017 04:32

Ən parlaq canlılar

29 May 2017 04:21

Filippin prezidenti separatçıları terrorçularla mübarizəyə çağırıb

29 May 2017 04:07

Şəkidə it ev sahibini dişlədi

29 May 2017 04:03

Universitetdə məktəb kampusu - FOTO

29 May 2017 03:32

Azərbaycan bayrağının rəngləri İstanbul boğazında bərq vurur

29 May 2017 03:24

Braziliyada 50-dən artıq aviareys təxirə saxlanılıb

29 May 2017 03:22

Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib

29 May 2017 03:22

Qaxın ucqar kəndinə dolu yağdı - FOTO

29 May 2017 02:58

Böyürtkənin inanılmaz faydaları

29 May 2017 02:49

"Roma"nın kapitanı Françesko Totti karyerasını başa vurub

29 May 2017 02:42

Cənubi koreya hərbiçiləri KXDR-in raket buraxılışını həyata keçirildiyi haqda xəbər veriblər

29 May 2017 02:36

Göydələndəki apartament - FOTO

29 May 2017 02:32

Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var

29 May 2017 02:28

Gəncədə avtomobil süpürgəçini öldürdü

29 May 2017 01:58

Bakıda üç uşaq atası özünü asaraq öldürüb

29 May 2017 01:57

Gürcü ekspert: “Ermənistandakı “İsgəndər-m” operativ-taktiki raket kompleksi region üçün təhlükədir"

29 May 2017 01:47

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 151-ə çatıb

29 May 2017 01:43

Azərbaycanlı aparıcı italyan aşpaza ərə getdi

29 May 2017 01:34

“Roma” "İmperator"u belə yola saldı - FOTO/VİDEO

29 May 2017 01:33

70-ci illərin binasındakı mənzil - FOTO

29 May 2017 01:32

Saqqal saxlayan kişilərə pis xəbər

29 May 2017 01:24

Goranboyda maşın aşdı - 4 yaralı

29 May 2017 01:19

ÇL-nin qrup mərhələsinə birbaşa vəsiqə qazanan klublar - SİYAHI

29 May 2017 01:09

Mayın 29-na olan

29 May 2017 00:58

Somalidə silahlı kişi insanlara atəş açıb: 6 ölü

29 May 2017 00:55

Abşeronda yanğın hadisəsi

29 May 2017 00:44

İran sərhədində atışma - Ölənlər var

29 May 2017 00:33

"Maşın" şou başladı

29 May 2017 00:23

Səudiyyə Ərəbistanı enerji içkiləri və tütün məhsullarına 100 faizlik aksiz tətbiq edəcək

29 May 2017 00:15

Totti “Roma” ilə vidalaşdı

29 May 2017 00:14

Fələstinli gözəl Roma gecəsinə qatıldı - FOTO

29 May 2017 00:05

Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq

29 May 2017 00:05

Astroloji proqnoz - 29 may

29 May 2017 00:03

Kann Kinofestivalının qalibi bəlli oldu

28 May 2017 23:59

"Maşın" şou başladı - iştirakçıların siyahısı

28 May 2017 23:57

Aqil M.Quliyevin qızının 25 yaşı tamam olur

28 May 2017 23:57

Bu mübarək aya necə xitab edək?

28 May 2017 23:57