Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

FIFA və UEFA prezidentlərinin futbol sahəsində fəaliyyətlərinə qadağa qoyulub

FIFA və UEFA prezidentlərinin futbol sahəsində fəaliyyətlərinə qadağa qoyulub

Date: 21 December 2015 13:33


Sürix, 21 dekabr, AZƏRTAC
FIFA-nın etika üzrə komissiyası bu qurumun prezidenti Yozef Blatterin və UEFA-nın prezidenti Mişel Platininin səkkiz il müddətinə futbol sahəsində fəaliyyətlərinə qadağa qoyub. Buna səbəb hər iki funksionerin rüşvət qalmaqallarına qarışmaları olub.
Komissiya, həmçinin Y.Blatteri 50 min, M.Platinini isə 80 min İsveçrə frankı məbləğində cəzalandırıb.
Bu qərardan sonra gələn il fevralın 26-da FIFA prezidentliyinə seçkilərdə M.Platini namizəd kimi iştirak edə bilməyəcək.
Komissiya bundan əvvəl Y.Blatteri və M.Platinini müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırmışdı. Hər iki funksioner fəaliyyətləri qadağan olunacağı təqdirdə, Beynəlxalq İdman Məhkəməsi (CAS) və İsveçrə Federal Məhkəməsinə şikayətlə müraciət edəcəklərini bəyan etmişdilər.

Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sürix

Tags:  FIFA UEFA prezidentlərinin futbol sahəsində fəaliyyətlərinə qadağa qoyulub



RƏYLƏR


Top news