Koreya səfiri: Qəbələ IV Beynəlxalq incəsənət sərgisi beynəlxalq aləmdə mədəni əlaqələrin inkişafına töhfə verəcək

Koreya səfiri: Qəbələ IV Beynəlxalq incəsənət sərgisi beynəlxalq aləmdə mədəni əlaqələrin inkişafına töhfə verəcək
13:33 21 Dekabr 2015
74 Digər
Ölkə mətbuatı
A- A+


Qəbələ, 21 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qafqazın kiçik bir şəhəri olan qədim və müasir Qəbələdə belə möhtəşəm incəsənət sərgisinin keçirilməsi məndə böyük təəssürat yaratdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-gyu Heydər Əliyev adına Konqres Mərkəzində təşkil edilən Qəbələ IV Beynəlxalq incəsənət sərgisində jurnalistlərə müsahibəsində deyib.
Səfir əmin olduğunu bildirib ki, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) təşkil etdiyi bu sərgi Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində reallaşdırılan layihələrin davamı kimi uğurla başa çatacaq: “Birinci Avropa Oyunlarına həsr edilən və “İdman, gözəllik və həyat” mövzusunda təşkil olunan sərgidə dünyanın 19 ölkəsindən 112 rəssamın 137 əsərinin nümayiş etdirilməsi bu tədbirin möhtəşəmliyini göstərir”.
Koreyalı diplomat deyib: “Bu incəsənət sərgisinin əhəmiyyəti böyükdür və tədbirin ənənəvi olaraq keçirilməsini arzulayıram. SEBA-nın bu cür tədbirləri beynəlxalq aləmdə, ölkələr arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcək. Ümid edirəm ki, rəngarəng sənət əsərlərinin nümayiş olunduğu sərgi qonaqların yaddaşında daim qalacaq, Qəbələnin gözəl və füsunkar təbiəti rəssamlar üçün ilham mənbəyi olacaq”.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Koreya_sefiri_Qebele_IV_Beynelxalq_incesenet_sergisi_beynelxalq_alemde_medeni_elaqelerin_inkisafina_tohfe_verecek-912897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR