Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 19-da Sumqayıt şəhərinin Sülh küçəsində Bakı şəhər sakini Nazim Heybətov idarə etdiyi (Azəryol Tikinti İnşaat MMC-yə məxsus) “Howo” markalı avtomobili arxaya verərkən paytaxt sakini Süleyman Cananovu vurub. Xəstəxanaya yerləşdirilmiş S.Cananov orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.