Blatter ilə Platini 8 illik şok

Blatter ilə Platini 8 illik şok
13:36 21 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

FİFA futbol dünyasını sarsıdan qərar verib. ANS PRESS-in məlumatına görə, adı rüşvət qalmaqalında hallanan UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 il müddətinə futboldan kənarlaşdırılıb.

Etirka komitəsi tərəfindən verilən bu qərar FİFA-nın rəsmi saytında yer alıb. Onların hər ikisinə idmanın bu səhədi ilə məşğul olmaq qadağan edilib.
FİFA-da korrupsiya ilə bağlı qalmaqal bu ilin yazından, bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb.

2018-ci il və 2022-ci il Dünya Çempionatına ev sahibliyi edəcək ölkələrin korrupsiya müqabilində seçilməsinə dair işi Federal Təhqiqat Bürosu (FTB) (FTB) və ABŞ prokurorluğu araşdırıb.

Oktyabrın əvvəlində FİFA-nın etika komitəsinin qərarına görə, Yozef Blatter futbol sahəsində işdən 90 gün müddətinə kənarlaşdırılmışdı.

Eyni xarakterli sanksiyalar qurumun baş katibi Jerom Valke və UEFA-nın Prezidenti Mişel Platiniyə qarşı da tətbiq olunub.

1998-ci ildən FİFA prezidenti olan Yozef Blatter mayın 29-da yenidən bu posta seçilib. Lakin iyun ayında korrupsiya qalmaqalı ilə əlaqədar istefa verdiyini açıqlamışdı. Quruma növbəti seçkilər isə gələn ilin fevralında baş tutacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR