TuranBank mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə kredit cəlb edib

TuranBank mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə kredit cəlb edib
13:43 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Bank Standard"ın kredit portfelinin 95%-i üzrə ciddi gecikmə var (24 May 2017 16:02)
“Turanbank”ın səhmdarlarının pay bölgüsü dəyişib (23 May 2017 18:07)
SKMF-in problemli kreditlərinin həcmi 85% artıb (22 May 2017 16:47)

Bakı. Trend:

TuranBank mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə GLS Alternative Investments Mikrofinanzfonds-dan 2,2 milyon ABŞ dolları həcmində vəsait cəlb etmişdir.

Bankdan Trend-ə verilən məlumata görə, TuranBank və Guevoura Fund LTD arasında mikromaliyyə portfelini genişləndimək məqsədilə Frankfurt Maliyyə Xidmətləri Məktəbinin dəstəyi ilə 3 il müddətinə 2,2 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır. Sazişə əsasən Guevoura Fund LTD nəzərdə tutulan öhdəliklərin və digər aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün öz səlahiyyətlərini GLS Alternative Investments şirkətinə ötürür və icraçı olaraq bu qurumu təyin edir.

Qeyd edək ki, bu saziş TuranBankın Guevoura Fondu ilə imzaladığı sayca ikinci sazişdir. Ötən ilin dekabr ayında Fond Bankın mikromaliyyə portfelini genişləndimək məqsədilə 3 il müddətinə 5 milyon ABŞ dolları həcmində maliyyə resursu ayırmışdır.

Fondun əsas fəaliyyət istiqaməti müştərilərə vəsaitlərin və investisiya fəaliyətinin idarə olunması kimi maliyyə xidmətləri göstərilməsi, eləcə də mikro maliyyə layihələrinin maliyyələşdirilməsidir.
Respublikanın əksər regional mərkəzlərində satış şəbəkəsinə malik olan Bank özünün strategiyasına müvafiq olaraq əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin və ümumilikdə regionların sosial-iqtisadi inkişafında öz töhfəsini verməkdədir. Bank sadalanan sahələrə güzəştli maliyyə vəsaitləri cəlb etmək üçün yerli qurumlardan Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə yanaşı, beynəlxalq maliyyə qurumlarından ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Dünya Bankı qrupu (World Bank Group), o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), eyni zamanda Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), İslam İnkişaf Bankı qrupu, o cümlədən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası (ITFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), WorldBusinessCapital/OPIC, Bank im Bistum Essen, Societte Generale, ECO Bank, Mikrofinanzfonds, Cyrano Management, Sus Bee Finance, BCP, CommerzBank və ZiraatBank ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur.
Bank müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bununla yanaşı, kredit müştərilərimiz Bankdan "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kredit məhsullarını illik 15%-dən başlamaqla Bankın istənilən filialında əldə edə bilərlər.
Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.
Bank müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.
Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.
Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

25 May 2017 09:33

Joze Mourinyo 3-cü, "Mançester Yunayted" 5-ci oldu

25 May 2017 09:32

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.05.2017)

25 May 2017 09:27

Emin Mahmudov "Boavişta"da qala bilər

25 May 2017 09:22

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (25.05.2017)

25 May 2017 09:22

Qızıl 6 dollar bahalaşdı

25 May 2017 09:21

Mançester terroruna görə tutulanların sayı 7-ə çatdı

25 May 2017 09:13

"Mətbuat artıq məni Kataloniyaya "yollayıb"

25 May 2017 09:12

Neft bahalaşdı

25 May 2017 09:09

Neft bahalaşdı

25 May 2017 09:08

Vyana sazişi uzadılacaq?

25 May 2017 09:05

Şabranda yanğın olub

25 May 2017 09:01

Bakıda tikintidə faciə

25 May 2017 08:57

“iPhone”un yaddaşını təmizləmək üçün gizli funksiya

25 May 2017 08:57

Binədə 85 yaşlı qadını maşın vurub

25 May 2017 08:57

Azərbaycanın əməkdar artistinin səhhəti

25 May 2017 08:53

Şahdağ Turizm Mərkəzi təmizlik üçün kimyəvi vasitələr almaq istəyir

25 May 2017 08:52

Bakıda sərxoş kişi özünü bıçaqladı

25 May 2017 08:52

Moskvada MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

25 May 2017 08:52

“Nokia 3310” seks oyuncağı kimi istifadə edilir

25 May 2017 08:52

Rusiyada dəhşətli yanğınlar, 130 ev yandı: ölənlər var

25 May 2017 08:48

400 milyon insan 5G-dən istifadə edəcək

25 May 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

25 May 2017 08:47

Braziliya prezidenti orduya əmriverdi

25 May 2017 08:42

Zığ və Böyükşor göllərinin mühafizə zonasının hüdudları təsdiqlənib

25 May 2017 08:42

360 min dollarlıq smartfon alıcılara helikopterlə göndəriləcək - FOTO

25 May 2017 08:42

Cocuq Mərcanlıda 1019 qəlpə tapılıb - FOTO

25 May 2017 08:37

Köhnə ağ-qara fotoları rəngləyən texnologiya yaradıldı

25 May 2017 08:37

Hindistanlı tələbə miniatür peyk yaradıb

25 May 2017 08:32

ABŞ-da naməlum şəxs üç nəfəri yaralayıb

25 May 2017 08:27

2017-ci ildə DDoS hücumları azalıb

25 May 2017 08:27

Bakıda qadın sürücü travma alıb

25 May 2017 08:22

Bakıda makleri avtomobil vuraraq öldürüb

25 May 2017 08:22

Virus daha çox Windows 7-ni vurdu

25 May 2017 08:22

Naməlum şəxs üç nəfəri bıçaqladı - Nyu-Yorkda

25 May 2017 08:18

Braziliyada iğtişaşlar: azı 49 yaralı

25 May 2017 08:17

iPhone 8 həyəcanı - Qiymətlər

25 May 2017 08:17

Şimali Koreya sahillərində ABŞ-ın iki sualtı qayığı var

25 May 2017 08:12

Selfie üçün yeni smartfon - VİDEO

25 May 2017 08:12

"Azərbaycan İslam dünyasına çağırış edərək missiyasını və dəyərlərini bölüşdü"

25 May 2017 08:05

Samsung uzadıla bilən displey hazırlayıb

25 May 2017 08:05

Ukrayna üçün sosial şəbəkə yaradılır - Ukrainians

25 May 2017 08:05

Avropanın ən gözəl MİLLİ PARKLARI - FOTOLAR

25 May 2017 08:03

Deputat: İslamiada Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi

25 May 2017 08:01

UEFA Kuboku Mançesterə getdi - VİDEO - FOTO

25 May 2017 07:57

Bu gün müəllimlər imtahan verir

25 May 2017 07:55

Yeni "Microsoft Surface Pro"da nələr var?

25 May 2017 07:52

Sərnişin avtobusu aşdı: 17 ölü, 48 yaralı

25 May 2017 07:48

BVF Monqolustana yarımmilyarda yaxın vəsait ayırıb

25 May 2017 07:47

Akademik: Konflikt, tendensiya, kriteriya, emosiya, simvol, rezerv sözləri dilimizi yükləyir

25 May 2017 07:43