İmişlidə 17 ailə-fermer təsərrüfatına 149 baş cins inək verilib

İmişlidə 17 ailə-fermer təsərrüfatına 149 baş cins inək verilib
13:43 21 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


İmişli, 21 dekabr, Mahir Babayev, AZƏRTAC
İmişlidə pilot layihə çərçivəsində ailə-fermer təsərrüfatlarına “Simmental” cinsindən olan heyvanlar verilib.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin göstərişinə əsasən İmişliyə gətirilən heyvanlar rayonun Oruclu kəndində yaradılan təsərrüfatlara yerləşdirilib. Fermerlərin cins heyvanlarla təmin edilməsi “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilib. İlk olaraq 17 təsərrüfata 149 baş cins damazlıq inək verilib.
“Aqrolizinq” ASC-nin heyətinin sədri Elşən Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, pilot layihə Ağcabədi, Bərdə, İmişli rayonlarında həyata keçirilir. Əgər layihə uğurlu olsa, proses digər rayonlarda da davam etdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Imislide_17_aile_fermer_teserrufatina_149_bas_cins_inek_verilib-912901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR