Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da avtomobilin izdihama çırpılması nəticəsində 37 nəfər xəsarət alıb

ABŞ-da avtomobilin izdihama çırpılması nəticəsində 37 nəfər xəsarət alıb

Date: 21 December 2015 13:43


Bakı, 21 dekabr, AZƏRTAC
ABŞ-ın Las-Veqas şəhərinin otel və kazino rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 37 nəfərə çatıb, onlardan 6-nın vəziyyəti ağırdır.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, hadisə dekabrın 21-nə keçən gecə baş verib. Avtomobil səkidə dayanan insanlara çırpılıb. Xəsarət alanlardan birinin həlak olduğu bildirilir.
Hüquq mühafizə orqanlarının məlumatına görə, hadisə yerinə anti-terror dəstəsi göndərilib. Hələlik terror versiyası təsdiqini tapmayıb.
Yerli KİV-lər avtomobilin qadın tərəfindən idarə edildiyini yazır. Hadisəni törədən sürücü qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb. Hazırda qadının spirtli içki və ya narkotik vasitə qəbul edib-etmədiyi araşdırılır.

Tags:  ABŞ-da avtomobilin izdihama çırpılması nəticəsində 37 nəfər xəsarət alıb


RƏYLƏR


Top news