Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

YAP-dan Eldar Sabiroğlunun oğlunun açıqlamalarına münasibət

YAP-dan Eldar Sabiroğlunun oğlunun açıqlamalarına münasibət

Date: 21 December 2015 13:47

Eldar Sabiroğlunun da, Rüfət Səfərovun da səsləndirdiyi fikirlərdən aydın olur ki, bu, ailə münaqişəsi zəmnində baş vermiş və kritik məqamda səsləndirilmiş fikirlərdir. YAP tərəfindən ailə münaqişəsi zəminində baş vermiş hadisəyə müdaxilə etməyə əsas görmürəm.

Milli.Az bildirir ki, bunu APA-ya hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev YAP-ın qurucularından olan partiya üzvü Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun prokurorluq orqanlarında istefa verməsi və hakimiyyət əleyhinə fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.
 
O, bu fikirlərin YAP-a aidiyyəti olmadığını vurğulayıb: "Hesab edirəm ki, vətəndaşın hər hansı vəziyyətdə etdiyi çıxışlar, verdiyi bəyanatların ölkənin siyasi gündəminə, eləcə də Yeni Azərbaycan Partiyasına heç bir aidiyyəti yoxdur. Bəyanatı verən şəxsin atası YAP sıralarında olub, müvəqqəti fəaliyyətini dayandırdıqdan sonra yenidən partiyada fəaliyyətini bərpa edib. YAP-da təmsil olunan Eldar Sabiroğlunun oğlu tərəfindən belə bəyanatların səsləndirilməsi, sadəcə olaraq, onun ailə tərbiyəsindən irəli gəlir".
 
H.Paşayev qeyd edib ki, R.Səfərovun səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur: "Ola bilsin ki, iş yerində hansısa problemlə üzləşib, ya da ailə daxilində yaranmış problemlə bağlı düşdüyü vəziyyətdən asılı olaraq belə bəyanatla çıxış edib".
 
Xatırladaq ki, Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan R.Səfərov istefa ərizəsi ilə baş prokurora müraciət edib.

Milli.Az


Tags:  YAP-dan Eldar Sabiroğlunun oğlunun açıqlamalarına münasibət

RƏYLƏR


Top news