Məşhurların dolların qalxmasına reaksiyası - fotolar

Məşhurların dolların qalxmasına reaksiyası -  fotolar
13:51 21 Dekabr 2015
172 Şou
Ölkə mətbuatı
A- A+

Dolların bugünkü devalvasiyası sosial şəbəkədə ən çox müzakirə olunan mövzuya çevrilib.

Axşam.az-ın məlumatına görə, tanınmış simalar da bu xəbərə üzüldüklərini əks etdirən paylaşımlar edib.
Əməkdar artist Abbas Bağırov:

“Çox dəhşət. Bunun sonu nə olacaq?".

Aparıcı İlkin Həsəni:

“Salam ölülər, necəsiniz?"

Aparıcı Murad Əzimzadə:

“Hələ dünən demişdim ki, dollara bu qədər viaqra verməyin. Sonra olan manata olur”.

Aparıcı Arzu Ümid:

“Gözümüz aydın dollar bahalaşdı, neftimiz ucuzlaşdı. Əsas benzin ucuzlaşmasın. İl başlayandan ərzaq məhsullarının qiyməti dəfələrlə bahalaşıb. Yerində sayan isə bəxdi bağlanmış manatla olan maaşlardı. Əlac bir dəsmal götürüb ağlamaq, 12 imama yalvarmaqdansa, Allaha dua etməkdir. Başqa çaremiz yoxdur kimi görünür. Mağazaya getmək istəyənlər dərman götürün. Yumurta 17 qəpik olmuşdu, indi digər ərzaqların qiymətini düşünmək istəmirik”.

Müğənni Sevinc Musayeva:

“Azərbaycanda real vəziyyət. Yaşa, yaşa Azərbaycan!”.

Rəqqasə Oksana Rəsulova:

“Səhər eşitdiyim xəbərə görə deyəsən hamının əhvalı düşüb. Dollar yüksəldi. 100 dollar olub 155 manat. Vəziyyət gərgindi”.

Dicey, şair Azər Şirin:

“Bu gün fermadakı səhər söhbəti
Heç də ürəkaçan olmadı neyləyək
Bir gecədə qalxdı otun qiyməti
Görən qoyunlara indi nə deyək?”.

Müğənni Nazim Məmmədov:

“Ruzunuz bol olsun... Keçmiş olsun... Başınız sağ olsun... Allahın ətəyindən yapışın hər şey öz axarına düşəcək”.

Prodüser Tolik:

“Bu da həftənin xəbəri. Dollar vurub kəllə-çarxa. İndi banka dollar borcu olanlar şok keçirəcək”.









Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR