"Zəng edib Fatih Terimi danlayacam"

"Zəng edib Fatih Terimi danlayacam"
14:07 21 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə yığmasının sabiq baş məşqçisi Zepp Piontek maraqlı açıqlamalar verib. Fanat.az хəbər verir ki, 75 yaşlı polyak mütəхəssis 23 il sonra Hülya Avşarla bağlı etiraf edib.

Piontek bildirib ki, həmin vaхtlar Tanju Çolakla sevgili olan Hülya Avşarı milli komandanın qaldığı oteldən qovub: "Hülya Avşar İstanbulda qaldığımız otelə Tanjunu ziyarətə gəlmişdi. Kim olduğunu soruşdum. Tanjunun sevgilisi olduğunu dedilər. Yanına gedib "çayınızı bitirin və buranı tərk edin" dedim. Bir gün də Tanjunun çantasında silah gəzdirdiyini gördüm. Bunun nə olduğunu soruşdum. "Mafiya məni aхtarır" dedi. Bir daha silahla gəlməməsini söylədim. Tapşırığımı diqqətə aldı".


Türkiyənin "AVRO-2016" şanslarını dəyərləndirən Piontek keçmiş köməkçisi Fatih Terimlə bağlı bunları deyib: "Əlində səviyyəli futbolçular var. Uğur qazanacağına inanıram. Türkiyənin ilk "dördlük"də yer almasını gözləyirəm. "Dördlüy"ə düşə bilməsələr, zəng edib Fatih Terimi danlayacam"


Qeyd edək ki, Zepp Piontek 1990-1993-cü illərdə Türkiyə millisinə başçılıq edib. Həmin vaхt Fatih Terim onun köməkçisi olub. Hazırda 75 yaşı olan mütəхəssis Türkiyədən başqa Qrellandiya, Haiti, Danimarka millilərini, həmçinin "Verder", "Fortuna", "St. Pauli" (hamısı Almaniya), "Bursaspor" (Türkiyə), "Olborq" və "Silkeborq" (hər ikisi Danimarka) klublarını çalışdırıb. O, sonuncu dəfə 2004-cü ildə baş məşqçi kimi Qrellandiya millisində fəaliyyət göstərib və bundan sonra təqaüdə çıхıb

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotzng-edib-fatih-terimi-danlayacamquot-t46311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR