Bakıda dollar ajiotajı - FOTO

Bakıda dollar ajiotajı - FOTO
14:12 21 Dekabr 2015
128 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə saata ötən həftə satılan qədər dollar dəyişdirilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar nəticəsində dolların məzənnəsinin 1,5500 manat miqdarında müəyyən edilməsi əhali arasında ajiotaj yaradıb.

Bu qərarın valyuta mübadiləsi məntəqələrinə axın yaradıb desək, yanılmarıq. Milli.Az bildirir ki, anspress Mərkəzi Bankın qərarından sonra paytaxt Bakının bəzi ərazilərindəki müdabilə mərkəzlərində müşahidələr aparıb. Satıcılar təkcə bugün səhər saatlarından indiyə qədər, bir həftə ərzində satdıqları qədər dollar dəyişdirdiklərini deyiblər. 

Məntəqələrin əksəriyyətində dolların alış-satış qiymətləri göstərilməyib. Onlar 1,58 -1,60 manat arasında dəyişirlər. Alış qiyməti isə 1,52 manat civarındadır. 

28 May yaxınlığındakı məntəqənin əməkdaşı Əkbər Həsənli deyir ki, dolların qəfildən bahalaşması və insanların bu valyutaya olan ehtiyacını qarşılamaq onlar üçün çətinlik yaradıb: "Düzdür, hazırda əlimizdə kifayət qədər ABŞ valyutası ehtiyatı var. Ancaq belə davam etsə, əlimizdəki pul qurtaracaq. Bəzi mübadilə məntəqələrinin isə ehtiyatlanaraq satışdan imtina etməsi bizim işimizi daha çətinə salıb".

Diqqətçəkən məqamlardan biri də bəzi mübadilə məntəqələrinin, ümumiyyətlə, fəaliyyət göstərməməsi idi. Belə ki, məntəqə rəhbərləri xarici valyutanın daha da bahalaşacağını düşünürlər və bunun üçün də əllərindəki ehtiyatları saxlamağa çalışırlar.

Dollar almaq istəyən alıcılar da, öz növbəsində, manatın yenidən ucuzlaşacağını düşdündükləri üçün təşvişə düşüblər. Buna görə də əllərində olan pulu xarici valyuta ilə saxlamaq istədiklərini deyirlər.

Pullarını dəyişmək üçün məntəqəyə üz tutan Famil Kazımlı deyir ki, 8 min manat pulunu dollara çevirmək istəyir: "Hazırda hər kəsin ABŞ valyutası almaq istədiyini özünüz də müşahidə edirsiz. İnsanlar qorxurlar ki, manat yenidən ucuzlaşar. Düşünürəm ki, bu gündən sonra dollar daha düşməyəcək. Ona görə də, ən sabit məzənnə kimi dolları görürəm və pulumu da dollara çevirmək istəyirəm. Bir neçə gün əvvəl əlimdə olan məbləği dəyişmədiyimə peşmanam".

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun nəticəsində manat 47% devalvasiya edib.

Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə - 1,55 manatla başlayıb.

Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 0,501 manat artıb. 

Ümumiyyətlə, manat bütün valyutalar qarşısında dəyər itirib.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR