Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şou əhlinin dollar dərdi: "Bağışla manat, qoruya bilmədik sən"

Şou əhlinin dollar dərdi: "Bağışla manat, qoruya bilmədik sən"

Date: 21 December 2015 14:12

Bu səhər dolların qalxması xəbəri çoxunun yuxusunu ərşə çəkib. Yeni məzənnələrə əsasən, 1 dollar 1,55 manat təşkil edir. Borcunu dollarla ödəyənlər təşfişə düşüb, ekspertlər isə qalxan dollardan ürəkaçan proqnoz vermirlər.

Bu xəbər şou adamlarını da təşfişə salıb. Milli.Az gecce.az-a istinadən bəzi sənət adamlarının dolların qalxması xəbərinə münasibətini təqdim edir:

Elvin Abdullayev: "Batmağa meyilli manat".

İlkin Həsəni: "Bağışla manat, qoruya bilmədik səni".

Xatun: "Vay kasıbın halına".

Oksana Rəsulova: "Səhər eşitdiyim xəbərə görə, hamının əhvalı düşüb. Necə olacaq vəziyyət görəsən? Vəziyyət gərgindi".

"Bu şəhərdə" kollektivi: "Fevralın 21-i manatı yaraladılar. Dekabrın 21-i öldürdülər. Doğrudan 21-i "oçkodur". 

Milli.Az


Tags:  Şou əhlinin dollar dərdi Bağışla manat qoruya bilmədik sən


RƏYLƏR


Top news