Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

La Sapienza Universitetində “Kitabi-Dədə Qorqud”la bağlı seminar keçirilib

La Sapienza Universitetində “Kitabi-Dədə Qorqud”la bağlı seminar keçirilib

Date: 21 December 2015 14:23


Bakı, 21 dekabr, AZƏRTAC
İtaliyanın La Sapienza Universitetində “Kitabi-Dədə Qorqud” dastanının məşhur alman şərqşünası və diplomatı Henrix Fridrix fon Dits tərəfindən tərcüməsinin 200 illiyi ilə bağlı seminar keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar “Azərbaycan multikulturalizmi” fənninin tədrisi çərçivəsində reallaşıb.
Seminar zamanı tələbələrə oğuz türkləri və onların Azərbaycan xalqının etnogenezində oynadığı rolun əhəmiyyəti barədə məlumat verilib, “Kitabi- Dədə Qorqud” dastanında əks olunan multikultural dəyərlərlə bağlı nümunələr göstərilib. Tələbələrə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Kitabi-Dədə Qorqud” dastanının alman dilinə tərcüməsinin 200 illiyi ilə əlaqədar həyata keçirdiyi layihələr, dastanın “Basatın Təpəgözü öldürməsi” boyunun italyan dili də daxil olmaqla dünyanın və ölkəmizdə yaşayan müxtəlif xalqların dilinə tərcümə olunması barədə məlumat verilib.
Seminar tələbələr tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında elmi diskussiya aparılıb.
 

Tags:  Sapienza Universitetində Kitabi-Dədə Qorqudla bağlı seminar keçirilib



RƏYLƏR


Top news