Xarici turlar bahalaşacaqmı?

Xarici turlar bahalaşacaqmı?
14:32 21 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dolların bahalaşnası xarici turların qiymətlərində də öz təsirini göstərəcək. Qiymətlərdə mütləq fərqlilik yaranacaq. Milli.Az bildirir ki, bunu fins.az-a açıqlamasında Turizm Assosiyasinin (AzTA) rəhbəri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bütün xarici turlar dollarla alınır. Buna görə də, məzənnənin dəyişməsinə uyğun olaraq qiymətlər də artacaq: "Amma bu süni bahalaşma olmayacaq. Kurs nə qədər dəyişibsə, bahalaşma da o qədər olacaq". Assosiasiya rəhbəri deyir ki, bu günə qədər alınan turlar olduğu kimi davam edəcək, yəni pulu ödənilənlər bahalaşmayacaq. Yeni turlarda isə mütləq fərq olacaq. AzTA-nın rəhbəri bildirib ki, bu vəziyyətdən çıxış yollarından biri daxili turizmi inkişaf etdirməkdir: "Ölkədən getmə turizmini müəyyən qədər kənara qoyub daxili turizmi inkişaf etdirmək lazımdır. Devalvasiyadan ancaq bu formada yararlanmaq olar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR