“Sədaqət” operası Azərbaycan və Özbəkistanın Xalq Artisti Firudin Səfərovun quruluşunda təqdim olunub

“Sədaqət” operası Azərbaycan və Özbəkistanın Xalq Artisti Firudin Səfərovun quruluşunda təqdim olunub
14:33 21 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Daşkənd, 21dekabr, AZƏRTAC 
Daşkənddəki Əlişir Nəvai adına Opera və Balet Teatrında Özbəkistan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Rüstəm Abdullayevin “Sədaqət” lirik-dramatik operasının təqdimatı keçirilib.
Tamaşanın rejissoru Azərbaycanın və Özbəkistanın Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Firudin Səfərovdur.
Səhnə əsərinin premyerasında diplomatlar, elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib.
Tamaşa Özbəkistanın tanınmış şairləri Zülfiyyə və Həmid Əlimcanın gəncliyi, onların məhəbbəti haqqındadır. Operada Zülfiyyə rolunu Malika Normatova, Həmid Əlimcan rolunu isə Rüstəm Əlimərdanov ifa edir. Oybek rolunda isə teatrın gənc solisti, soydaşımız Cəbrayıl İdrisov oynayıb.
Firudin Səfərov Bakı və Daşkənd teatrlarında 70-dən artıq klassik və müasir bəstəkarların əsərlərini tamaşaya qoyub. O, həm də Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının professoru kimi gənc opera rejissorlarının hazırlanması istiqamətində əvəzsiz işlər göstərir. İki il əvvəl Özbəkistanda F.Səfərovun 80 illik yubileyi yüksək səviyyədə qeyd olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sedaqet_operasi_Azerbaycan_ve_Ozbekistanin_Xalq_Artisti_Firudin_Seferovun_qurulusunda_teqdim_olunub-912927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR