Neftçalada şəhid ailələri və əlillər üçün yaşayış evləri tikilir

Neftçalada şəhid ailələri və əlillər üçün yaşayış evləri tikilir
14:38 21 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Neftçala, 21 dekabr, Mahir Babayev, AZƏRTAC
Neftçalada şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış evlərinin tikintisi başa çatmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sifarişi ilə tikilən mənzillərin 2-si isə rayonun Xıllı qəsəbəsində, 8-i isə şəhərin M.Ə.Sabir küçəsində inşa olunur. Altı sot torpaq sahəsində tikilən mənzillər 2-4 otaqlıdır. Artıq tikintidə hörgü işləri başa çatıb. Hazırda evlərin dam örtüyü vurulur. Bütün kommunikasiya xətləri ilə təmin ediləcək mənzillərdə rahat yaşamaq üçün hər cür şərait yaradılır. Mənzillərin gələn ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchalada_sehid_aileleri_ve_eliller_uchun_yasayis_evleri_tikilir-912929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR