Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ƏƏSMN bu il 27,1 min nəfərdən çox şəxsi işlə təmin edib

ƏƏSMN bu il 27,1 min nəfərdən çox şəxsi işlə təmin edib

Date: 21 December 2015 14:38

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 27146 nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin olunub.

Trend-in məlumatına görə, bu dövrdə işsiz və işaxtaran vətəndaşların əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələri, onların əmək bazarına çıxışının asanlaşdırılması üçün 3977 nəfər şəxs dərzi, kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Həmçinin idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında 1595 nəfər vətəndaş haqqı ödənilən ictimai işlərə göndərilib.

Yanvar-noyabr aylarında Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları vasitəsilə əhalidən və ayrı-ayrı iş adamlarından təmir, tikinti, yaşıllaşdırma və s. ilə bağlı qəbul edilmiş sifarişlər əsasında 3774 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edilib.

Qeyd olunan müddətdə gələcəkdə düzgün peşə seçmələrinə köməklik məqsədilə 99 687 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  ƏƏSMN bu il 27 min nəfərdən çox şəxsi işlə təmin edib

RƏYLƏR


Top news