Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkiyə ordusu Diyarbəkirdə PKK-ya qarşı əməliyyatın yeni görüntülərini yaydı

Türkiyə ordusu Diyarbəkirdə PKK-ya qarşı əməliyyatın yeni görüntülərini yaydı

Date: 21 December 2015 14:39

Diyarbəkirin Sur qəsəbəsində PKK-ya qarşı aparılan antiterror  əməliyyatlarının yeni görüntüləri yayılıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, qəsəbədə 6 məhəllə və 1 küçədə davam edən küçəyə çıxmaq qadağası altında atışmalar davam edir. Əməliyyatlarda ölü ələ keçən terrorçuların sayının 19 olduğu deyilir.

 

Məlumatda bildirilir ki, PKK terror təşkilatı tərəfindən qərargah olaraq istifadə edilən və sonra yandırılan “Mardinkapi” məktəbi təhlükəsizlik qüvvələrinin nəzarətindədir. Əməliyyat zamanı  başqa məktəblərin də çox zərər gördüyü deyilir. 

 

Qeyd edək ki, təhlükəsizlik qüvvələri sadəcə terrorçularla deyil, onların qurduqları bombalı tələlərlə də mübarizə aparır.

 

Əməliyyatdan çəkilən fotolar isə müharibəni xatırladır. 

 










Tags:  Türkiyə ordusu Diyarbəkirdə PKK-ya qarşı əməliyyatın yeni görüntülərini yaydı

RƏYLƏR


Top news