Bu gün əməkdar artist, tanınmış müğənni Nüşabə Ələsgərlinin doğum günüdür.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, təəssüratlarını bölüşən sənətçi göz yaşına hakim ola bilməyib:
"Anamın itkisi həyatımı qaraltdı. Doğum günlərimdə məni ilk dəfə anam təbrik edərdi, hədiyyəmi o verərdi. Amma həyatımda ilk dəfədir ki, anamı yanımda görmədim. Bu, mənim üçün dəhşətdir. Kaş, anam yanımda olaydı, onu bir dəfə görmək üçün həyatımı verərdim. Başqa heç nə istəmirəm".
Dostları, rəfiqələri tərəfindən təbriklər aldığını deyən N.Ələsgərli qapısının onların üzünə açıq olduğunu da əlavə edib:
"Səhərdən telefonlarım susmur, hamı bizə gələcəyini deyir. Qapım onların üzünə açıqdır, gəlsinlər. Bilirəm ki, könlümü almaq üçün yanıma gəlmək istəyirlər".
Milli.Az