“Azərbaycan klublarında oynamaq istəmirəm”

“Azərbaycan klublarında oynamaq istəmirəm”
14:57 21 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Cəfərovun müsahibəsini təqdim edir:

- 2015-ci ili məğlibiyyətlə başa vurdunuz. Yenilgidən qaçmaq mümkün idi?
- Gənclərlə oynayırıq. Heyətimizdə iki futbolçu 1999-cu il təvəllüdlü idi. Kollektivimiz çox təcrübəsizdi. Belədə heç nə etmək olmur. Komandamızda legioner və təcrübəli futbolçular olsaydı, başqa cür çıxış edərdik.
 
- Komandada maliyyə problemləri var, maaşlar verilmir. Bəlkə bu motivasiya olmağınızda problem yaradır?
- Düzdü, pul verilmir, amma pula görə deyil, özümüzə görə oynayırıq. Həm də əksər futbolçular yerlilərdi, çalışırlar daha yaxşı tərəfdən seçilsinlər. Sadəcə, çempionatın sonuna yaxın həmişə belə olur. Həm yorğunluq, həm də zədələr problem yaradır.
 
- Son 7 görüşdə xal qazana bilməmisiniz. Ardıcıl məğlubiyyətlər futbolçuları yormur?
- Maraqlıdı ki, əksər oyunları 0:1 hesabı ilə uduzmuşuq. Bu dəfə 2 top buraxdıq. Belə komanda ilə heç nə qazanmaq, əldə etmək olmaz.
 
- Qışda yeni transferlərin olacağına ümid var idi. Rahid Əmirquliyevin gedişindın sonra vəziyyətin gərgin olduğunu düşünmək olarmı?
- Rahidin gedişi komandaya mənfi təsir edəcək. Ancaq klub rəhbərliyi yeni futbolçuların gələcəyini deyib. Necə olacağını hazırlıq başlayan vaxtı görəcəyik.
 
- Başqa kluba keçidiniz gündəmdədi?
- Təkliflər var, amma klubumla da müqaviləm davam edir. Buna görə rəhbərliklə görüşməliyik. Buraxacaqlarına inanmıram. Əslində, başqa kluba da getmək istəmirəm. Amma maliyyə problemləri buna imkan vermir. Açığı, heç Azərbaycan klublarında oynamaq istəmirəm. Xaricə getsəm, daha yaxşı olardı. Ancaq bunun üçün yaxşı formada olmalıyam. İndiki durumumla buna nail olmağım mümkün deyil.
 
- Bəlkə iddialı yerli klublardan birinə keçib, özünüzü ölkə xarici üçün hazırlayasınız?
- Bizdə məşqlər yüngül keçirilirdi. Çünki cəmi 13 futbolçumuz var. Baş məşqçi də futbolçular zədələnməsin deyə, çox da ağır yükləmələr vermirdi. Son 3 görüşdə ayağımdakı ağrılara rəğmən meydana çıxdım. Komandanın pis vəziyyətdə olduğunu görüb, kömək edirdim. Amma qışdan sonra da iddialı olacağımıza inanmayın.
 
- Fikrinizdə, hansı ölkəyə yollanmaq var?
- Bu haqda danışmaq üçün tezdi. İndi mənə rəqabətin güclü olduğu komanda lazımdı. Rəqabət olmayan yerdə buna nail olmaq mümkün deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR