"Bütün müğənniləri Vergilər Nazirliyinə çağırdılar"

"Bütün müğənniləri Vergilər Nazirliyinə çağırdılar"
15:01 21 Dekabr 2015
62 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün müğənnilər Vergilər Nazirliyinə çağırılıb.

Axşam.az-ın gün.az-a istinadən xəbərinə görə, bunu əməkdar artist Ədalət Şükürov bildirib.

Müğənni vergi borclarına görə onlara cərimə tətbiq edildiyini bildirib:

“Hamımızı Vergilər Nazirliyinə çağırdılar. Oturduq, çay içdik, söhbət etdik, vəziyyəti başa saldılar. Bildirdilər ki, mən 10 ildir vergi ödəyirəm, ona görə də cəriməmin məbləği azdır. Müğənnilər var ki, ümumiyyətlə, vergi ödəməyib. 2005-ci ildən bu yana hər ilin sonu öz hesabatlarımı vermişəm”.

Qeyd edək ki, Vergilər Nazirliyi gəlirini gizlədib dövlət büdcəsinə ödənişdən yayınan şou-biznes nümayəndələrinin siyahısını hazırlaması haqqında açıqlama vermişdi. Bildrimişdi ki, onların siyahısı hazırlanaraq cərimə tədbiq ediləcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR