Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qubada ana və körpəsi doğuşda öldü

Qubada ana və körpəsi doğuşda öldü

Date: 21 December 2015 15:01

Azərbaycanda növbəti ana ölümü faktı qeydə alınıb. Hadisə Qubada baş verib. Ana və yeni doğulan körpə doğuş zamanı ölüb.

Quba rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Xaçmaz şəhər sakini 1987-ci il təvəllüdlü Leyla Hilal qızı Cəbrayılova uşaq dünyaya gətirmək üçün Quba Mərkəzi Rayon Xəstəxanasına regional perinatal mərkəzinə gətirilib.

Təbii doğuş zamanı vəziyyəti pisləşən 28 yaşlı qadın hələ uşaq qarnında olarkən dünyasını dəyişib. Həkimlər ana bətnində olan körpənin həyatını xilas etmək istəsələr də alınmayıb.

L.Cəbrayılovanın ölüm səbəbi hələlik məlum deyil. Ancaq verilən məlumata görə, qadının daha əvvəllər heç bir tibbi problemi olmayıb.

Dünyasını dəyişən qadının iki azyaşlı övladı var.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Bu, cari ildə qeydə alınan ilk ana ölümü faktı deyil. Bir müddət öncə Cəlilabadda ana doğuş zamanı dünyasını dəyişib.

Cəlilabad Mərkəzi rayon Xəstəxanasının baş həkimi İlham Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, rayonun Alar kənd sakini, 1995-ci il təvəllüdlü Xoşbəxt Fikrət qızı Həsənova doğum üçün xəstəxanaya gətirilib. Həkimlər vəziyyəti nəzərə alaraq xəstənin üzərində qeysəriyyə əməliyyatı aparıblar.

"Bir saat çəkən əməliyyat uğurlu oldu. Lakin gecə saat 02:30-da Xoşbəxt Həsənovanın vəziyyəti qəfildən ağırlaşdı. O havası çatmadığını deyirdi. Xəstə süni nəfəs aparatına qoşulsa da onu xilas etmək mümkün olmadı",-deyə baş həkim bildirdi.

Avqustun 7-də Bakının Qaradağ rayonundakı 4 saylı Doğum Evində doğuş zamanı 1993-cü il təvəllüdlü Alışanova Mehriban İlqar qızı dünyasını dəyişib. Doğum Evindən ölümün səbəbini açıqlamayıblar.

Tags:  Qubada ana körpəsi doğuşda öldü

RƏYLƏR


Top news