Bu il 27,1 min nəfərdən çox şəxsi münasib iş yeri ilə təmin edilib

Bu il 27,1 min nəfərdən çox şəxsi münasib iş yeri ilə təmin edilib
15:13 21 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 27 min 146 nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövrdə işsiz və işaxtaran vətəndaşların əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələri, onların əmək bazarına çıxışının asanlaşdırılması üçün 3977 nəfər şəxs dərzi, kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Həmçinin idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında 1595 nəfər vətəndaş haqqı ödənilən ictimai işlərə göndərilib.
Yanvar-noyabr aylarında Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları vasitəsilə əhalidən və ayrı-ayrı iş adamlarından təmir, tikinti, yaşıllaşdırma və s. ilə bağlı qəbul edilmiş sifarişlər əsasında 3774 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edilib.
Qeyd olunan müddətdə gələcəkdə düzgün peşə seçmələrinə köməklik məqsədilə 99 687 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_271_min_neferden_chox_sexsi_munasib_is_yeri_ile_temin_edilib-912939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR