Türkiyə hökumətindən TARİXİ açıqlama: "İsrail dövləti dostumuzdur"

Türkiyə hökumətindən TARİXİ açıqlama: "İsrail dövləti dostumuzdur"
15:19 21 Dekabr 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+

 

“İsrail dövləti və İsrail xalqı Türkiyənin  dostudur”.

 

Lent.az-ın Xarici KİV-ə istindən məlumatına görə, Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Ömər Çəlik deyib.

 

Ö.Çəlik Türkiyənin İsraildən qaz almasını şərh edərkən bildirib ki, bu dövlətlə hələ heç bir razılaşmadan söhbət getmir: “İki dövlət arasındakı münasibətlərin normallaşması üçün bəzi məsələlər üzərində işləyirik. Türkiyənin 3 şərt var. Bu şərtlər münasibətlərin normalaşması üçün vacibdir. Biz indi gözləyirik ki, bu şərtləri yerinə yetirəcəklərmi?"

 

Xatırladaq ki, bir neçə il öncə Türkiyədən Filistinə humanitar yardım aparajn Mavi Marmara gəmisinə İsrail tərəfindən basqın edilmişdi, bir neçə türk öldürülmüşdü. Bundan daha öncə isə o dönəmin baş naziri olan Ərdoğan ilə İsrail prezidenti Şimon Peres Davos forumunda qarşı-qarşıya gəlmiş, Ərdoğan "one minute" replikası ilə dünya gündəmini zəbt etmişdi. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR