Elgiz dolların qalxmasından danışdı: "Buna hazır idik"

Elgiz dolların qalxmasından danışdı:  "Buna hazır idik"
15:21 21 Dekabr 2015
184 Şou
Ölkə mətbuatı
A- A+

ANS-in aparıcısı Elgiz Əkbər “Günə baxan” verilişində dolların devalvasiyasından danışıb.

Axşam.az-ın məlumatına görə, aparıcı insanları narahat olmamağa çağırıb:

“Ajotaj yaratmağa ehtiyac yoxdur. Qonşu ölkələrin təcrübəsindən də görürük ki, dolların məzənnəsinin Azərbaycan manatı ilə oynaması iqtisadiyyata pis təsir göstərmir. Qiymətlər nizamlanır, qəbul edilən qərar bizim xeyirimizədir. Qiymətlərin saxlanılması bizim büdcəmizdən milyardlarla dolların sərf olunmasına başa gəlirdi. Neftdən gələn gəlir büdcəmizi zənginləşdirirdi. Bu artıq baş vermir. Yığılan pul dolların taraz qalmasına sərf olunsaydı, gələcəkdə aqibətimiz nə olacaqdı? Belə bir qərar verilməli idi, bu gözlənilirdi. Uzun müddətdir ki, mətbuatda bahalaşma haqda danışılıb. Biz buna hazır idik, bilirdik”.

E.Əkbərin bu çıxışı sosial şəbəkədə müzakirələrə səbəb olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Bu gün 1 dollar 1,55 manat olub. 


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR