Messiyə tüpürdülər

Messiyə tüpürdülər
15:27 21 Dekabr 2015
49 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın futbolçusu Lionel Messi xoşagəlməz halla üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klublarası dünya çempionatının finalında sonra Tokio hava limanında argentinalı oyunçu "River Pleyt" azarkeşinin təzyiqi ilə üzləşib. Azarkeş Messinin üzərinə yeriyib və onu təhqir edib. Bununla da kifayətlənməyən azarkeş Messinin üzərinə tüpürüb.

Bundan sonra Messi azarkeşə yaxınlaşmaq istəyib. Kataloniya klubunun baş məşqçisi Luis Enrike və oyunçular Xavyer Maskerano, Luis Suares argentinalı hücumçunu sakitləşdiriblər.

Qeyd edək ki, "Barselona" klublararası dünya çempionatının finalında "River Pleyt"i 3:0 hesabı ilə məğlub edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR