Faşizmin xaç anasının inanılmaz HƏYAT HEKAYƏSİ – DƏLİ DAHİLƏR

Faşizmin xaç anasının inanılmaz HƏYAT HEKAYƏSİ – DƏLİ DAHİLƏR
15:34 21 Dekabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakıda İNANILMAZ OLAY: günlərlə anasının meyiti ilə yaşadı (22 Aprel 2017 10:14)
Numan Kurtulmuş: “Türkiyə Almaniyada faşizmin ayaq səslərini eşidir” (21 Mart 2017 09:23)
“Türkiyə Almaniyada faşizmin ayaq səslərini eşidir” - Numan Kurtulmuş (21 Mart 2017 09:12)

 

10 iyul 1846-cı ildə Prussiyanın Ryökken vilayətində lüteran kilsəsinin keşişi Karl Lüdviq Nitsşenin ailəsində bir qızcığaz, Elizabet dünyaya gəlir. Elizabet qardaşı Fridrixdən iki yaş kiçik idi. İki yaşında atası Karlı itirən balaca Elizabet anası, xalaları və gələcəyin böyük filosofu olacaq qardaşı Fridrix Nitsşe ilə birlikdə yaşamalı olur.
Kiçik Elizabet xalq məktəbi adlanan ibtidai təhsil müəssisəsinə gedir. Sonralar o, gənc qızlar üçün nəzərdə tutulan gimnaziyada təhsil alır.
Burada oxuduğu zaman yəhudi əsilli bir oğlanla tanış olur və qısa vaxtda onların arasında sevgi münasibətləri yaranır.

Günlərin birində sevdiyi oğlanın başqa bir qızla öpüşdüyünü görən Elizabet həyatı boyu unutmayacağı dəhşətli bir zərbə alır. Bu xəyanət gənc qızın qəlbini sevdiyi oğlana, onun ailəsinə, sonralar isə yəhudi millətinə qarşı dəhşətli nifrət və qəzəb hissi ilə doldurur.
Elizabet özünü təhqir edilmiş sayır, bu duyğuları beynində inkişaf etdirdikcə, qatı bir antisemitə çevrilir. Həyatının bu dönəmində antisemit hərəkətlərinə görə məktəbdən qovulmuş keçmiş müəllimi Bernard Försterlə yaxınlığı gənc Elizabetin antiyəhudi düşüncələrini daha da gəlişdirir. Förster xanım Nitsşeyə ari alman millətinin  bəşəriyyət üzərindəki fövqəltəsirini həyata keçirəcək şəxslərdən biri kimi baxır. Düşüncə və ideyaları eyni olduğundan, onların arasında getdikcə isti münasibətlər yaranmağa başlayır və onlar 1885-ci ildə evlənirlər.
Bu illərdə Elizabetin böyük qardaşı Fridrix Nitsşe imzası ilə artıq yavaş-yavaş parlamağa başlayırdı. Nitsşe yaradıcılığının ilkin dönəmlərində proqressiv millətçi kimi görünsə də, sonralar həmin düşüncələrindən imtina etdi. Dahi filosofun bacısı ilə münasibətləri də məhz, bu dönüşdən sonra kəskinləşməyə başladı. Fridrix antilokalist, Elizabetlə əri isə qatı millətçi idi.
 

Elizabet bütün həyatı boyu qardaşını izləmiş, onun intim həyatından tutmuş, yaradıcılığına qədər hər şeyə müdaxilə etmişdi. Antisemit dünyagörüşü, onu irqçi nasional-sosialist partiyasının fəallarından biri kimi tanıtdı. Qardaşının şizofreniyası gücləndikdən sonra, Elizabetin əlinə böyük fürsət düşdü. O, böyük filosofun bir çox əsərlərini və məktublarını saxtalaşdıraraq, onları nəşr etdirdi. Nitsşeşünasların indiyədək üzərində mübahisə apardığı, aşkara çıxardığı və hələ də qaranlıq qalan bir çox şübhəli məqamlar var. Almaniyada faşizmin ideoloji qaynağı kimi Nitsşenin əsərləri əsas götürüldü. Fridrix Nitsşenin fövqəlinsan nəzəriyyəsi alman irqçi nasional partiyasının hərəkətverici qüvvəsinə çevrildi və kütlələr arasında sürətlə yayılmağa başladı. Çox sonralar üzə çıxacaqdı ki, alman faşizminin ideloji bazası Fridrix Nitsşenin yox, onun əlyazmalarına təcavüz edən bacısı Elizabet Nitsşenin ideyaları əsasında formalaşmışdı.
 

1886-cı ildə Elizabet Nitsşe əri Bernardla birlikdə cənubi Amerikanın geridə qalmış ölkələrindən birinə, Paraqvaya mühacirət edir. Ər-arvad Paraqvayda yaşayan on dörd alman ailəsinin qarşısında birgə alman koloniyası yaratmaq və vahid təsərrüfat qurmaq ideyası ilə çıxış edir. İqtisadi gerilikdən, aclıq və xəstəliklərdən əziyyət çəkən yerli almanlar ümumi vahid təsərrüfat ideyasına can-başla razılıq verirlər. İlkin hərəkətə başlamaq üçün hər alman ailəsindən müəyyən məbləğdə vəsait də toplanır. Lakin Paraqvayın qeyri-məhsuldar torpaqları, ölkədə səhiyyə və təhsilin sıfır vəziyyətində olması Försterlərin məqsədlərini puça çıxarır. Bernard və Elizabet arzuladıqları təsərrüfat birliyini qura bilmirlər. Həmvətənlərindən yığdıqları pulları səmərəsiz cəhdlərə qurban verən, bundan sonra özünü uğursuz və təhqir olunmuş sayan Bernard 1889-cu ildə intihar edir.
Ərinin ölümündən sonra Elizabet yenidən Almaniyaya qayıdır.

Dahi filosof Fridrix Nitsşe “Bacım və mən” adlı avtobioqrafik əsərində Elizabet haqda ağlasığmaz faktlar təsvir edir. Bacısını “şər mələyi” kimi xarakterizə edən Nitsşe, onunla uşaqlıqda və yeniyetməlikdə oynadığı intim oyunlar haqda təəssüratları təsvir edib.
“Kiçik qardaşımız ölən gecə Eliza bərk qorxmuşdu. O, mənim yatağıma gəlib, qucağıma qısıldı. Bir müddətdən sonra bütün bədənimi əlləşdirməyə başladı. Beləcə, həmin gündən bacım bu hərəkətlərini istədiyi gecə təkrar eləyirdi. Onun ehtirasımı oyadan ecazkar barmaqları qarşısında iradəsiz idim.”
Daha sonra baş verənləri bütün çılpaqlığı ilə təsvir edən Nitsşe, Elizabetin onun sevgi həyatında heç bir qadına rol vermədiyini, vurulduğu qadınları daim onun ətrafından uzaqlaşdırdığını yazırdı.
 

Nitsşenin filosof Paul Re və intellekt təcəssümü sayılan xanım Lu Salome ilə dostluq münasibətlərini həzm etməyən Elizabet, onların üçlükdə təşkil etdiyi intellektual fəlsəfə qrupunu “əxlaqsız yuva” adlandırır və dostları qrup sekslə məşğul olmaqda  ittiham edir. Qardaşının Salomeyə vurulduğunu hiss edən Elizabet bütün mümkün vasitələrlə onu Nitsşenin ətrafından uzaqlaşdırır.
Məşhur bəstəkar Vaqnerin xanımı ilə də eyni süjetli ssenari qurulur. Qardaşının xanım Kozima Vaqnerə olan sevgisi Elizabeti özündən çıxarır. O, Nitsşenin Kozimaya heç zaman bildirmədiyi sevgi hislərini duyur və bunu onun əri, ailənin yaxın dostu Vaqnerə deyir. Tezliklə dostların arası dəyir, Vaqnerlər  Nitsşedən uzaqlaşır.
1889-cu ildə Nitsşe ciddi əsəb sarsıntıları ilə psixiatrik xəstəxanaya yerləşdirilir. Burada müalicə aldığı 11 il ərzində Elizabet bir an da olsun, onun yanından ayrılmır. Qırx yaşlarında dəli olan böyük mütəfəkkiri yeganə o, başa düşürdü. (Çünki, onu elə özü dəli eləmişdi.) Eyni zamanda filosofun yazdıqlarını qəddarlıqla “redaktə” edir, lazım bilmədiyi hissələri qaralayır, özündən əlavələr edərək nəşriyyatlara göndərirdi. Nitsşe yaradıcılığının tədqiqatçısı Kristian Nemeyer isə belə bir iddia irəli sürdü:
“Təkcə 1909-cu il ərzində Nitsşenin adına çap olunan 505 mətnin yalnız 60 dənəsi orijinal mətndi. Qalan mətnlərin məzmunu qismən, yaxud tamamilə dəyişdirilib. Çap edilənlərin içərisindəki 30 mətn isə ümumiyyətlə, onun tərəfindən yazılmayıb.”
Nitsşeşünas alim tədqiq etdiyi filosofun başına gətirilən bu oyunlara görə faşizmin xaç anası olan Elizabet Nitsşeni günahlandırır.
 

Nitsşe ruhi xəstəxanada müalicə aldığı dönəmdə, Elizabetin “redaktə”sindən çıxmış bir neçə əsərini nəşriyyatlar çap etməkdən imtina edir. Nitsşe fəlsəfəsinə bələd olan təcrübəli naşirlər, əsərlərin Nitsşe tərəfindən yazılmadığından şübhələnirdilər.
“Hakimiyyət istəyi” əsərini Nitsşe yarımçıq dayandırsa da, Elizabet əlyazmanın ardını özü yazıb tamamlayaraq çap etdirir. Kitab Avropada böyük sensasiyaya doğurur.
Filosofun məşhur “Zərdüşt belə deyirdi” əsərinin məzmununu Elizabet elə dəyişmişdi ki, kitabda gerçək Nitsşe ideyalarından əsər-əlamət qalmamışdı; qatı rasizm mövqeyi sərgiləyən əsər, Hitlerin “Mənim savaşım” və Rozenberqin “XX əsrin mifi” kitabları ilə trilogiya ab-havası yaradır, III Reyxin ideoloji sütunlarından biri kimi tanınırdı.  
Elizabet Nitsşe bütün həyatını və fəaliyyətini alman ari irqinin dirçəlişi və dünyaya hakimliyi uğrunda mübarizəyə həsr etdiyi üçün Hitlerin sevgisini qazanır. Nasional sosialistlərin lideri Adolf Hitler Veymarda “Nitsşe arxivi” muzeyinin açılışında iştirak edərək, xanım Elizabet Nitsşenin Almaniya üçün apardığı mücadiləni yüksək qiymətləndirir və onun əlindən öpür. Sonralar Hiltler həmin muzeyi dəfələrlə ziyarət edir.
Elizabet Nitsşe ömrünün sonunadək bu muzeydə çalışır və Nitsşenin adından alman rasizmi ideyalarını təbliğ edir.
Adolf Hitler xanım Nitsşenin vətən qarşısındakı xidmətlərini dəyərləndirərək, ona yüksək məbləğdə təqaüd təyin edir.
Dahi Fridrix Nitsşenin fövqəlinsan nəzəriyyəsini  təkcə “fövqəlinsan almandır”- cümləsi ilə başdan-ayağa dəyişən Elizabet Nitsşe bu amansız təhrifi ilə bütün Almaniyanı və bəşəriyyəti dəhşətli bir fəlakətə sürükləmiş oldu.
Alman faşist hərəkatının ideoloqu və xaç anası Elizabet Förster Nitsşe 1935-ci ildə, 89 yaşında Veymarda vəfat etdi.

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00

Fransada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 22:58

Gürcüstanda ağır qəza: 6 ölü, 1 yaralı

23 Aprel 2017 22:54

Hərbçilərin qisası PKK-dan alındı

23 Aprel 2017 22:53

Parisin mərkəzində etiraz aksiyası başlayıb

23 Aprel 2017 22:47

Qüdrət Həsənquliyev: “Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”

23 Aprel 2017 22:43

Fransa DİN-i Le Peni prezident seçkilərinin favoriti adlandırıb

23 Aprel 2017 22:42

Dünyanın ən gözəl qadını kimdir?

23 Aprel 2017 22:41

"Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 22:37

Serialın baş qəhrəmanını bir də belə görün - FOTO

23 Aprel 2017 22:32

"Fənərbaxça" "Qalatasaray"ı belə məğlub etdi

23 Aprel 2017 22:29

Partlayışda ölən ATƏT əməkdaşının adı açıqlandı

23 Aprel 2017 22:28

Statistika Komitəsi həyəcan təbili çaldı: QIZLARI ÖLDÜRÜRLƏR

23 Aprel 2017 22:18

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Mingəçevirə yetişib - FOTO

23 Aprel 2017 22:17

Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

23 Aprel 2017 22:12

Sizə sevgili lazımdır?

23 Aprel 2017 22:11

Azərbaycanın 4 əsas iqtisadi rayonu açıqlandı

23 Aprel 2017 22:08

Bakıda avtomobil təmiri sexində yanğın olub, 1 maşın yanıb

23 Aprel 2017 22:05

Avtomobil təmiri sexində "VAZ" yandı

23 Aprel 2017 21:59

XİN rəhbəri: "Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 21:57

Bakıda faciəvi hadisə

23 Aprel 2017 21:54

"Klon" serialının "Lətifə"si indi nə işlə məşğuldur? - FOTO

23 Aprel 2017 21:52

İşə açıq geyimdə gedin

23 Aprel 2017 21:51

3 otaqlı ev yanıb

23 Aprel 2017 21:42

"Tottenhem" "Çelsi"nin antirekordunu yenilədi

23 Aprel 2017 21:37

Məşhur model hələ də körpəsini gizlədir - FOTO

23 Aprel 2017 21:32

Antisemitizm azalır

23 Aprel 2017 21:30

Yevlaxda ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 21:29

Avro-2017: təmsilçimiz qeyri-etik jest edib, yığmamıza məğlubiyyət verilib

23 Aprel 2017 21:13

Ən ağıllı heyvanların adları açıqlandı

23 Aprel 2017 21:08

Özcan Denizle yaşadığı eşq və qalmaqalla gündəmə gələn aktrisadan xəbər var - FOTO

23 Aprel 2017 20:57

Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var

23 Aprel 2017 20:52

"Qarabağ" "Sumqayıt"ın Avropa yolunu kəsdi - FOTOLAR

23 Aprel 2017 20:47

Atası atdı, anası övladlığa verdi, 8 yaşında narkotikə qurşandı - VİDEO

23 Aprel 2017 20:44

ATƏT-in avtomobili minaya düşdü

23 Aprel 2017 20:43