Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cahangir Hacıyevin sabiq klubuna yeni rəhbərlik gəlir

Cahangir Hacıyevin sabiq klubuna yeni rəhbərlik gəlir

Date: 21 December 2015 15:37

Həbsdə olan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin fəxri prezidenti olduğu "İnter" klubuna yeni rəhbərlik təyin edilir.

Qaynar.info-nun əldə etdiyi məlumata görə, klubun baş sponsoru olan Beynəlxalq Bank bu həftə komandaya yeni prezident təyin edəcək. Bunun üçün iyulda Beynəlxalq Bankın hazırkı İdarə Heyətinin sədri seçilmiş Elmar Məmmədov klubun bolqarıstanlı prezidenti Georgi Nikolovu işindən azad etməyi düşünür. Yeni prezidentin Beynəlxalq Bankda çalışan əməkdaşlardan birinin olacağı gözlənilir.

Artıq komandanın noyabr ayının maaşları da dekabrın 19-da, yəni "Xəzər Lənkəran"la matçdan 1 gün əvvəl verilib. Eləcə də hücumçu Limam Seydiyə 3 aylıq verilməmiş maaş (sentyabr, oktyabr və noyabr) Beynəlxalq Bankda yeni açılmış hesabına köçürülüb.

Qeyd edək ki, yeni rəhbərliyin gəlişindən sonra "İnter" borclu olduğu sabiq futbolçularına 3 ayın (mart, aprel və may) maaşlarını verməyə çalışacaq. Üstəlik, komandanın gələcək planları müzakirə olunacaq.

Fanat.az

Tags:  Cahangir Hacıyevin sabiq klubuna yeni rəhbərlik gəlir

RƏYLƏR


Top news