"Qəbələ"də daha 3 rəsmi ayrılıq

"Qəbələ"də daha 3 rəsmi ayrılıq
15:42 21 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" daha üç futbolçusu ilə yollarını rəsmən ayırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, rumıniyalı yarımmüdafiəçi George Floresku, argentinalı hücumçu Fakundo Pereyra və yığma komandamızın üzvü Vüqar Nadirov "qırmızı-qaralar"la vidalaşıblar.

Mövsümlərarası fasilədə "Astra" klubundan transfer edilən və 6 aylıq müqavilə imzalanan Floresku baş məşqçi Roman Qriqorçukun etimadını doğrulda bilməyib. Həm onunla, həm də yayda 6 aylıq anlaşma imzalanan digər futbolçu Nadirovla da yeni müqaviləyə ehtiyac duyulmayıb. Məlumat klub tərəfindən təsdiqlənib.
 
İcarə müddəti başa çatan Pereyra isə müqavilə ilə məxsus olduğu PAOK-a qayıdıb. Roman Qriqorçuk argentinalı hücumçunun komandada qalmasını istəsə də, o, ailə məsələləri ilə bağlı karyerasını ölkəsində davam etdirmək qərarına gəlib.
 
Yayda 6 aylıq anlaşma imzalanan hücumçu Vaqif Cavadovun da artıq klubla müqaviləsi başa çatıb. Düzdür, onunla bağlı hələ yekun qərar verilməyib. Lakin böyük ehtimalla Cavadov da "Qəbələ"yə lazım olmayacaq.
 
Qeyd edək ki, bundan öncə paraqvaylı yarımmüdafiəçi Derlis Meza Kolli "Qəbələ"dən ayrılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR